Nailiyyətlərimiz

Məktəbin şagirdi Şükürova Sevinc Rəşad qızının uğuruXətai rayonunda Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 03.04.2024-cü il tarixdə Humanitar fənlər təmayüllü liseydə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Xətai rayon məktəbləri üzrə 17 şagird müsabiqədə qalib gələrək yekun turda iştirak ediblər. Sonra qalib olan şagirdlər inşalarını təqdim ediblər. Tədbirin sonunda qalib şagirdlərə diplomlar və hədiyyələr təqdim olunub. Bu müsabiqədə məktəbimizi 10d sinif şagirdi Şükürova Sevinc Rəşad qızı “XIX əsr Azərbaycan mədəniyyəti” inşası ilə təmsil edib. Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının daimi olmasını arzulayırıq.

Məktəbin şagirdi Kövsər Qurban Orxan qızının uğuruMəktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı, 16 fevral Mədəniyyət TV-nin "Səhərçağı" verilişinin canlı yayımında qonaq olmuşdur. Şöhrət ordenli sevimli Xalq rəssamı Arif Hüseynovun Cırtdan nağılı illüstrasiyası əsasında çəkdiyi "Cırtdan və Dostları" rəsmini təqdim etdi. Xalq Rəssamı Arif Hüseynov, verilişin aparıcıları Rəşad İlyasov və Səbinə Öz Kövsərin rəsmini böyük rəğbətlə qarşılayıb.

“Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilibDekabrın 28-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov və nazirliklərin məsul şəxsləri iştirak ediblər. Məktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı Əl işi nominasiyasında "Cəsur Ürəklər" əsəri ilə 1-ci yerin qalibi seçilmiş və Cənab Nazirlər tərəfindən Fəxri Fərman və Qiymətli Hədiyyələrlə təltif edilmişdir.

HAQQIMIZDA

Xalqın elmi, mədəni səviyyəsinin yüksəldilməsində maarif və mədəniyyət ocaqlarının ...

BİZİM FƏXRLƏRİMİZ

Kövsər Qurban Orxan

Kövsər Qurban Orxan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi