FƏXRİMİZ

“ Şəhid Murad Hacıyev" 

Məktəbimizin adını daşıyan şəhid Hacıyev Murad Hüseyn oğlu 19 noyabr 1960-cı ildə Füzuli rayonunun anadan olmuşdur. 23 avqust 1993-cü ildə Füzuli rayonu işğal olunarkən, köçkün kimi ailəsi ilə birgə Bakıya gəlmişdir. Həmin vaxtdan Bakı Şəhəri üzrə Təhsil İdarəsi 116№li tam orta məktəbdə coğrafiya müəllimi vəzifəsində çalışmışdır. Sonradan könüllü olaraq müharibəyə getmiş, Qubadlı, Laçın, Zəngilan rayonlarında gedən vuruşmalarda iştirak etmişdir.

07 yanvar 1994-cü ildə Füzuli rayonunun Kürd Mahmudlu kəndində Vətən uğrunda qəhrəmancasına vuruşarkən, mühasirəyə düşmüş, və şəhid olmuşdur. 12 yanvar 1994-cü ildə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

1995-ci ilin yanvarında şəhidin dərs dediyi 116 №li tam orta məktəbə onun adı verilmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi