Nailiyyətlərimiz

"Qarabağda" şeiri əsasında qruplarla iş29.11.2019-cu il tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Cəfərovanın 6c sinfində ədəbiyyat fənnindən "Qarabağda" şeiri əsasında qruplarla iş şəklində nümunəvi dərsi keçirilmişdir. "Odlar yurdu", "Qarabağ", "Vətən" adlı qruplarda birləşən şagirdlər Qarabağın tarixi, çoğrafiyası, təbiəti və dahi şəxsiyyətləri haqqında hazırladıqları təqdimatlarla çıxış edərək "Doğma yurdum" adlı rəsm əsərlərini nümayiş etdirib, Qarabağ haqqında şeirlər, atalar sözləri və "Cənnətim Qarabağ" mahnısını ifa etdilər." Sonda Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq!" şüarlarını səsləndirərək təqdimat işlərini yekunlaşdırdılar.

QALİBİMİZ23-24 noyabr 2019-cu il tarixində 24 ölkənin 500-dən çox idmançısından ibarət Orta Asiya və türk dövlətlərinin iştirakı ilə keçirilən 2-ci Dünya Alpaqut Çempionatında Azərbaycan komandası ümumi hesabda 1-ci yeri tutmuşdur. Azərbaycan komandasının tərkibində iştirak edən məktəbmizin 10a sinif şagirdi Cəfərov Ramin yarışda iştirak edərək 1-ci yeri tutmuş, medal və Diplomla təltif olunmuşdur.

"Pətək" İB-nin ofisində "Sağlam olaq" klubunun növbəti görüşü15.11.2019-cu il tarixində "Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir" layihəsi çərçivəsində "Pətək" İB-nin ofisində "Sağlam olaq" klubunun növbəti görüşü keçirildi. Görüşdə məktəblərin fəal şagirdlərindən təşkil olunmuş "Sağlam olaq" klubunun üzvləri iştirak edirdi. Məktəblərdən qatılan müəllimlər və şagirdlər, həmçinin İctimai Birliyin rəhbərlik və heyətinin iştirak etdiyi "Mədəniyyətimiz və biz" mövzulu görüşümüzə Dövlət himnimizin səslənməsi ilə başladıq. Görüşün əvvəlində "Pətək" İB-nin sədri öz fikirlərilə bölüşdü. Məktəblilər müxtəlif mədəniyyətlər haqda təqdimatı dinlədilər. Görüşün məqsədi unudulmuş və unudulmaqda olan dəyərlərimizi, mədəniyyətimizi işıqlandırmaq idi. Klub üzvləri məktəblər üzrə qruplara bölünərək müxtəlif yarışma və oyunlara qatıldılar. Diskussiyalar zamanı bəzi məktəblilər ağıllı mülahizələri ilə yadda qaldı. Ən fəal iştirak edən şagirdlərə hədiyyələr verildi.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Kəmalə Bayramova Şahin

Tahirə Süleymanova Teymur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi