"Azərbaycan ailə modeli"mövzusunda keçirilmiş onlayn inşa yazı müsabiqəsinin qalibiBakı şəhəri Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin 10a sinif şagirdi Cəfərov Ramin Seymur oğlu "Azərbaycan ailə modeli"mövzusunda keçirilmiş onlayn inşa yazı müsabiqəsində iştirakina görə Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Təşəkkürnamə" ilə təltif olunmuşdur.
Təkrar imtahanlardan yüksək nəticələr əldə edən şagirdimizAzər Məmmədov adına 115 nömrəli tam orta məktəbin 9 e sinif şagirdi Səttərli Nəzrin Zaur qızı təkrar imtahanlardan yüksək nəticələr əldə edərək fərqlənmə attestatına layiq görülmüşdür. Nəzrin qızımızı təbrik edir, növbəti tədris ilində çoxlu müvəffəqiyyətlər arzu edirik
Azərbaycan dili - 100.0
Riyaziyyat - 86.7
İngilis dili - 80.0
Fərqlənmə attestatına layiq görülmüş şagirdimizAzər Məmmədov adına 115nömrəli tam orta məktəbin 9a sinif şagirdi Gülməmmədova Nərmin Bəxtiyar qızı təkrar imtahanlardan yüksək nəticələr göstərərək fərqlənmə attestatına layiq görülüb. Şagirdimizi təbrik edir, növbəti tədris ilində yüksək nailiyyətlər arzu edirik.
Azərbaycan dili - 96.7
Riyaziyyat - 83.3
İngilis dili - 86.7