Başın sağ olsun Vətən!Məmmədov Məcid Rafiq oğlu məktəbimizin şəhid övladı, Azərbaycanın oğlu 2002-ci il yanvar ayında dünyaya göz açmışdı.
Məmmədov Məcid Azərbaycanın bütövlüyü ugrunda, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda 01.10.2020-ci il tarixində şəhidlik zirvəsinə ucaldı.
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur.
115 nömrəli tam orta məktəbin qüruru Məcidimiz, sən Vətənimiz uğrunda canından, qanından keçərək ölümsüzlüyə imza atdın.
Yerin behişt olsun şəhidimiz! Qəbrin nurla dolsun! Başın sağ olsun Vətən!
15 sentyabr Bilik GünüBu gün bütün ölkəmizdə olduğu kimi Bakı şəhəri Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə də karantin qaydalarına uyğun olaraq yeni dərs ilinə başlanıldı.
Məktəbin direktoru Natavan Əsədova yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik edərək bildirdi ki,
təhsil müəssisəsində mövcud karantin qaydalarına riayət olunaraq şagird və müəllimlərin məktəbə daxil olmamışdan əvvəl temperaturu ölçülür, əlləri xüsusi məhlulla dezinfeksiya edilir, məktəblilərin təhlükəsiz məsafədə oturmaları və müəyyən qaydalara əməl etməsi diqqət mərkəzində saxlanılır.
Yüksək bal toplayan şagirdimiz14 sentyabr 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında M.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən orta məktəblərdə yüksək bal toplayan məzunlarla pandemiya şərtlərinə uyğun şəkildə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov da iştirak etmişdir.
Görüşü giriş sözü ilə açan Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov “Bilik günü” münasibəti ilə bu il tələbə adını qazanan məzunları və məktəbin kollektivini təbrik etdi, yeni tədris illində onlara uğurlar arzuladı .
Ali məktəblərə qəbul zamanı 642 bal toplayaraq tələbə adını qazanmış 115 № li tam orta məktəbin məzunu Cahangirli Emil Elnur oğlunazərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov və Yeni Azərbayan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tərəfindən qiymətli hədiyyələr təqdim olundu.