Heydər Əliyevin anım gününə həsr olunmuş sinif təşkilat saatıA.Məmmədov adına 115nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə 8b,7a və 6d siniflərində sinif rəhbərləri Əliyeva Könül, Əliyeva Aynaxanım, Səfərova Könülün iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş sinif təşkilat saatı keçirildi. Şagirdlər Ulu Öndərin xatirəsini 1dəqiqəlik sükutla yad etdikdən sonra Ümummilli Liderin həyat və fəaliyyəti haqqında müzakirələr apardılar və şeirlər söylədilər.
Müəllimlərin Microsoft Teams platforması üzərində videokonfransı keçirildi11.12.2020-ci il tarixdə 115 nömrəli məktəbin rəhbərliyinin və pedoqoji
kollektivinin iştirakı ilə Microsoft Teams platforması üzərindən videokonfrans
keçirildi.
Konfransı çıxış sözü ilə açan məktəbin direktoru Natəvan Əsədova Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumat verdi və pedoqoji işçiləri bir daha Müzəffər Qələbə Günü münasibətilə təbrik etdi.
Daha sonra konfransda Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi və bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin olunması haqqında tədbirlər planı pedoqoji kollektivin nəzərinə çatdırılır.
Müzakirələr və təkliflər dinlədildikdən sonra müvafiq qərarlar qəbul edildi.
Ulu Öndər Heydər Əliyevin anım günü!Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi.