Nailiyyətlərimiz

Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının I mərhələsi keçirildi20.12.2020-ci il tarixində Paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının I mərhələsi keçirildi. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir. BŞTİ-nin təşkilatçılığı ilə keçirilən olimpiadada ümumtəhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak etdilər. Olimpiada zamanı şagirdlərə xas olan riyazi, bədii, mücərrəd və verbal məntiqi təfəkkürün qiymətləndirilməsi nəzərdə tutulur. İki mərhələdən ibarət olimpiadanın hər mərhələsində 25 test sualının cavablandırılması üçün şagirdlərə 1 saat yarım vaxt (90 dəqiqə) ayrıldı. Yarışmada məktəbimizin VI-VII sinif şagirdləri iştirak etdilər. Hər birinə uğurlar arzu edirik.

Əsgərə məktubMəktəbimizin 1C sinif şagirdi Ayvazova Zəhra azyaşlı olmağına baxmayaraq Vətən eşqi ilə döyünən bir ürəyə sahibdir. Vətəninə olan sevgisi onu Azərbaycanın mərd, qəhrəman əsgərlərinə məktub yazmağa şövq edib. Zəhra əsgərlərimizi qələbə zəfəri ilə təbrik edib. O bu məktubu ilə əsgərlərimizə bir daha sübut etdi ki, kiçikdən böyüyə qədər bütün Azərbaycan xalqı güclü və müzəffər ordumuzun daim yanındadır. Zəhra balamız ailəsi ilə birlikdə əsgərlərimizə məktubla yanaşı sovqat payı da göndərib. Qarşılığında əsgərlərimiz Zəhraya minnətdarlığını bildirib.

"Qarabağ Azərbaycandır!" mövzusunda rəsmlərA.Məmmədov adına 115 nömrəli tam orta məktəbin 6r sinif şagirdi Əhmədov Taner "Qarabağ Azərbaycandır!" mövzusunda rəsmlər çəkmişdir.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Nərmin Kərimli Nicat

Fidanxanım Əhmədzadə Rafiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi