HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazirda məktəbdə 1794 şagird təhsil alır.Şagirdlərin təlim-tərbiyəsi ilə 132 nəfər pedaqoji heyət üzvü məşğul olur.Məktəb 5 günlük iş rejimi ilə iki növbədə çalışır.I-XI siniflər üzrə 74 sinif fəaliyyət göstərir. I növbədə 49 sinif, II növbədə 25 sinif təhsil alır.2005-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən 340 nəfərlik əlavə korpus tikilmişdir.2014-cü ildə məktəbin hər iki korpusu əsaslı təmir edilmişdir.Məktəb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2009-cu ildə "İlin ən yaxşı məktəbi" adına layiq görülüb.Məktəbdə 3 laboratoriya (fizika,kimya,biologiya), 5 informatika kabineti, 1 STEAM kabineti fəaliyyət göstərir.Məktəb "Rəqəmsal bacarıqlar, STEAM layihələrinə qoşulub.14 ədəd "Prometan" ağıllı lövhələrlə təchiz edilmiş sinif otaqları şagirdlərin istifadəsinə verilmişdir.Məktəbdə mini futbol meydançası,idman zalı şagirdlərin fiziki sağlamlığının inkişafı və qorunması üçün zəmin yaradır.Bu baxımdan şagirdlərin müxtəlif yarışlarda qazandıqları uğurları qeyd etmək olar.GÇH kabineti isə şagirdlərin hərbi vətənpərvərlik ruhunda böyüməsinə şərait yaradır.Məktəbin akt zalı neçə-neçə görkəmli ziyalıların,gözəl tədbirlərin,rayon səviyyəsində görüşlərin məkanıdır.Məktəbdəki bufet müəllim və şagirdlərin xidmətindədir.Məktəbimizin zəngin kitabxanası şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.Burada şair və yazıçılarla görüş keçirilir,onların əsərləri şagirdlər tərəfindən müzakirə olunur.

     Dərslər İKT-nin tətbiqi ilə keçirilir.Dərs zamanı elektron dərsliklərdən istifadə edilir.Şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması,yaradıcı təfəkkürün inkişafı,bilik və bacarıqların möhkəmləndirilməsi məqsədi ilə "Məntiq", "Əyləncəli riyaziyyat","Şahmat klubu"."Ana dilimiz" dərnəkləri fəaliyyət göstərir.Məktəbimizdə 6 təmayül sinif fəaliyyət göstərməklə şagirdlərin fənnlərə daha dərindən yiyələnməsinə kömək edir.Sinif otaqları və dəhlizlər kameralarla təchiz edilmişdir.

     Məktəbin savadlı,peşəkar müəllim kollektivi burada yüksək tədris mühitinin yaradılmasına,təhsilin keyfiyyətinin yüksəldilməsinə,şagirdlərə əsaslı bilik verməklə yanaşı,onların müstəqil düşüncəyə malik,milli-mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşmasına,vətənpərvərlik,dövlətçilik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirir. Məktəbimizin uğurları içərisində yüksək bal toplayan məzunlarımızı da qeyd etmək lazımdır.2020-ci ildə 1 nəfər,2023-cü ildə 3 nəfər 600 balı keçmiş məzunlarımız məktəbin fəxridirlər.Müxtəlif illərdə "Prezident Təqaüdü"nə layiq görülən məzunlarımız bir daha sübut edir ki,60 ilə yaxın fəaliyyət göstərən məktəbimiz gənc nəslin təlim-tərbiyəsində əlindən gələni əsirgəmir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi