FƏXRİMİZ

Azər Hacıağa  oğlu Məmmədov 1965-ci il sentyabrın 16-da dünyaya gəlmişdir. Azərin 5 yaşı olanda Hacıağa ata Allah rəhmətinə getdi. O gündən Şəfiqə anan övladlarına həm ana, həm ata oldu. Şəfiqə ana 7 yaşlı Azərin əlindən tutub 115 saylı tam orta məktəbə gətirir. İlk günlərdən Azər müəllimlərinin rəğbətini qazanır. 

Məktəbi bitirdikdən bir il sonra hərbi xidmətə çağırılır. Ilk 6 ayı Riqada hərbi hazırlıq keçdikdən sonra Kalininqrad  şəhərinə göndərilmiş və orda tankçı kimi hərbi xidmətini başa vurmuşdu. 1991-ci ilin oktyabr ayı idi, 115 saylı tam orta məktəbə gedib müəllimləri ilə son görüşü oldu.

Ilk sınaq döyüşü Qarabağa gedəndən iki ay sonra – Şuşa əməliyyatı idi. Azərin çevikliyi, cəldliyi, diribaşlığı nəticəsində ilk sınaq döyüşü uğurla başa çatdı. Bundan sonra Azər Daşaltı, Əsgəran, Ağdam, Xaramat kimi döyüş bölgələrində əməliyyatlarda iştirak edərək ölümlə üzbəüz gəlmiş, ölümə sinə gərmişdir. Belə döyüşlərdən biri də 1992-ci ilin fevralında baş vermiş Xanabat əməliyyatı idi.

Vətən eşqi ilə döyünən, alovlanan ürəyi susdu . Xeyir Azər ölmədi! O, adına layiq Azərbaycanın Azər oğlu kimi əbədi olaraq şəhidlik zirvəsinə ucalaraq xalqımızın qəlbində daim yaşayacaqdır.

Hal-hazırda oxuduğu məktəb Binəqədinin ilk şəhidi olan Azər Məmmədovun adını daşıyır. Şəhidin məktəbdə yaradılmış xatirə guşəsinin qarşısında həmişə tər çiçəklər olur. Hər il  şəhidin doğum günündə məktəbin şagirdləri şəhidin xatirəsini anmaq üçün guşənin qarşısına toplaşır, müxtəlif kompazisiyalar göstərərək, şeirlər söyləyirlər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi