Bir qrup müəllim Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunubAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin sədri Zakir Həsənovun göstərişi və Binəqədi Rayonu 115 nömrəli tam orta məktəbin direktoru Natəvan Əsədovanın təqdimatı ilə məktəbin bir qrup müəllimi aşağıda göstərilən siyahı əsasında Fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər..
1. Bir qrup müəllimə "50", "60" və "65" illik yubileyləri münasibəti ilə-11 nəfər;
2. Covid -19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi "virtual məktəb" platformasında "evdə qal, dərsdən qalma!" prinsipini əsas tutaraq bu sahədə aktiv iştirakına görə -3 nəfər müəllim;
3. Əmək sahəsində fədakar əməyinə görə həmrəylik günü və yeni il münasibəti ilə - 3 nəfər.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüXalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir
Zərifəyə final mərhələsində uğurlar arzulayırıq.Bakı şəhəri Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin 7 A sinif şagirdi Zərifə Fuad qızı Seyidova şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək,onlara beynəlxalq,yerli olimpiadalar və digər bilik yarışlarında iştirak etmək təcrübəsi qazandırmaq,istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların elmə olan marağının artırılması məqsədilə keçirilən Lütfi Zadə adına Məktəblərarası 5-ci Məntiq Olimpiadasında iştirak edib 80 bal toplayaraq finala vəsiqə qazanmışdır. Zərifəyə final mərhələsində uğurlar arzulayırıq.