Məzun şəhid Məmmədov Məcidin doğum günüBu gün 10 yanvar tarixində 44 günlük Vətən müharibəsində şəhid olan məktəbimizin məzunu Məcid Məmmədovun doğum günüdür. 19 yaşlı Məcid oktyabrın 1-də Suqovuşanın azad edilməsi uğrunda döyüşlərdə şəhid oldu.
Məmmədov Məcid Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə göstərdiyi igidliyə görə ölümündən sonra "Suqovuşanın azad olunmasına" görə medalı ilə təltif olunmuşdur.
Lütfi Zadə adına məntiq olimpiadasında III yerin qalibiLütfi Zadə adına məktəblilərarası 5-ci məntiq olimpiadasının final turunun nəticələri açıqlandı. Finalda ümumilikdə 35 məktəbli qalib olub. 81 bal və yuxarı nəticə göstərən 5 nəfər I, 80 bal toplayan 10 nəfər II, 71 baldan 80 baladək nəticə əldə edən 20 nəfər isə III yerin sahibi oldu.
Olimpiada qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Məktəbimizin 7a sinif şagirdi Seyidova Zərifə Fuad qızı Olimpiadanın final mərhələsində 75 bal toplayaraq III yerə layiq görülüb. Zərifə qızımızı təbrik edir, ona gələcək təhsilində uğurlar arzu edirik.
Qış onlayn - kvestiAlqoritmka Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma məktəbi tərəfindən Beynəlxalq müsabiqə keçirilmişdir. Bu müsabiqə Qış onlayn - kvesti adlanır və 8-15 yaş arası şagirdlər üçün təşkil olunmuşdur. Bu müsabiqədə iştirak etmək üçün şagirdlər birlikdə komanda yaratmalıdırlar. Komanda üzvləri ayrı ayrılıqda riyaziyyat və proqramlaşdırmaya aid tapşırıqları yerinə yetirərək, Şaxta babanın komandasına kömək edir. Müsabiqədə əsas məqsəd kvestin mümkün qədər çox tapşırığını doğru yerinə yetirməkdən ibarətdir. Ən çox tapşırıq yerinə yetirən komanda və onun üzvləri qalib gələcək. Bakı şəhəri Binəqədi rayonu 115 nömrəli tam orta məktəbin 6ç sinif şagirdləri kiçik yaş qrupunda Siçan komandasının tərkibində iştirak edərək yer tutduqlarına görə diplomlarla təltif edilmişlər.