Fənn birləşmə rəhbərlərinin iclası keçirildi18.01.2021 ci il tarixində 15:00-da 115 nömrəli tam orta məktəbin direktor və direktor müavinlərinin iştirakı ilə fənn birləşmə rəhbərlərinin iclası keçirildi. İclasda 16 yanvar tarixində keçirilmiş fənn olimpiadalarının nəticələri müzakirə edildi və şəhər(rayon) turunda iştirak edəcək şagirdlərin adları müəyyənləşdirildi
Fənn olimpiadası keçirildiBakı Şəhəri Azər Məmmədov adına 115 № li tam orta məktəbdə onlayn ( Teams. microsoft.) formada VIII,IX, X, XI sinif şagirdləri arasında fənn olimpiadalarının (Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı , Riyaziyyat, Kimya, Biologiya, Fizika, Coğrafiya, Tarix, İnformatika) Məktəb turu 16 yanvar 2021 ci il tarixdə saat 12.00-da keçirildi.
Fənn olimpiada sualları 8 açıq,17 qapalı olmaqla 25 sualdan ibarət idi.Qiymətləndirmə 100 ballıq sistemlə aparıldı.
Məktəb turunda iştirak edən 143 şagirddən nəticələri müsbət olan və gələcəkdə şəhər turunda iştirak etməsi təmin olunacaq şagirdlərin adlı siyahısı Bakı şəhəri üzrə Təhsil İdarəsinə göndəriləcək.
"Müzəffər ordumuzun zəfər yürüşü" adlı rəsm müsabiqəsiMəktəbin 6 r sinif şagirdi Əhmədov Taner "Müzəffər ordumuzun zəfər yürüşü" rəsm müsabiqəsinin Bakı şəhəri üzrə mərhələsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Şəhadətnamə və təşəkkürnamə qazanıb. Təbrik edirik və gələcək təhsilində uğurlar arzu edirik.