Xocalı soyqırımının 29-cu ildönümüFevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilib.
“Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən tədris olunan ənənəvi və onlayn dərslər Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.
Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar.
Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndiriblər.
Deratizasiya işləri həyata keçirilmişdir"Bakı Şəhər Dezinfeksiya Stansiyasının Nərimanov Rayonlararası Bölməsi" məhdud məsuliyyətli cəmiyyətinin əməkdaşı tərəfindən məktəbyanı sahədə və məktəbin zirzəmisində növbəti deratizasiya (gəmiricilərə qarşı) işlərini həyata keçirmişdir.
Transformatora baxış keçirildiTransformatora baxış keçirildi Məktəb rəhbərliyinin çağırışına əsasən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərini tənzimləmə Agentliyi müfəttişi Fikrət Abbas oğlu Məmmədov və Azərişıq ASC-nin nümayəndəsi Azər Cəfərov məktəbə gəlmişlər. Məqsəd məktəb ərazisində yerləşən yüksək gərginlikli transformatorun işlək vəziyyətdə və təhlükəsizlik qaydalarına riayət olunub - olunmamasını öyrənmək idi. Transformatora baxış keçirildi. Mütəxəsislər bildirdilər ki, transformator təhlükəsizlik qaydalarına uyğun olaraq istismardadır və həyat üçün heç bir təhlükə yaratmır. Göstərdikləri xidmətə görə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərini tənzimləmə Agentliyinə dərin minnətdarlığımızı bildiririk.