Nailiyyətlərimiz

PISA beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi keçirildi05.10.2021-ci il tarixdə PISA (Program for International Student Assessment) - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə tədqiqatının pilot mərhələsi keçirildi. Tədqiqatın pilot mərhələsinin növbəti həftəsi ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təsadüfi seçimlə müəyyənləşdirdiyi paytaxtdakı 20 məktəb üzrə təxminən 1000-dən çox şagird iştirak etmişdi. Qiymətləndirməyə məktəbimizin 59 şagirdi qatılmışdı . Beynəlxalq qiymətləndirmə tədqiqatında şagirdlər onlara ünvanlanan sual və tapşırıqları, həmçinin sorğuları kompüter vasitəsilə cavablandırmışlar. Qiymətləndirmə BŞTİ-nin tabeliyindəki 32 nömrəli tam orta məktəb və 220 nömrəli məktəb-liseydə təşkil olunmuşdur. Qeyd edək ki, PISA qiymətləndirilməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilir. PISA şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemlərin həlli üçün istifadə etmək bacarığını ölçür.

"HƏR KİTAB BİR XƏZİNƏDİR"ADLI LAYİHƏYƏ START VERİLİBUNESKO-nun qərarına əsasən, hər il aprel ayının 23-ü beynəlxalq səviyyədə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi mütaliəyə diqqətin artırılmasını nəzərdə tutan “Hər kitab bir xəzinədir” sosial layihəsinə start verir. Layihənin keçirilməsində məqsəd oxu vərdişlərinin təkmilləşdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Layihədə iştirak qaydaları ilə tanış ola bilərsiniz: ➢ Layihədə məktəblilər, valideynlər və pedaqoji işçilər iştirak edə bilər; ➢ İştirakçı oxuduğu kitabdan bəyəndiyi sitatı oxuyaraq videoya çəkməli və #HərKitabBirXəzinədir həştəqi ilə 16-30 aprel tarixlərində Facebook sosial şəbəkəsində paylaşmalıdır; ➢ İştirakçı videonun əvvəlində oxuduğu kitabın adını və müəllifini qeyd etməlidir; ➢ Video 1 dəqiqədən artıq olmamalıdır;

İmtahan qabağı dezinfeksiya işləriDövlət imtahan mərkəzi tərəfindən 15-16 aprel 2021-ci il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Bu səbəbdən məktəbdə dezinfeksiya işləri aparıldı.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Ülvi Allahverdiyev Bəkir

Amil Ramazanov Nazim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi