Şuşa sən azadsanBu gün 8 may - Şuşanın düz 29il əvvəl ermənilər tərəfindən işğalı günüdür. Bu 29ildə ilin hər bu günü millət olaraq yaşadıqlarımızı, duyduqlarımızı xatırlatmaq belə ağırdır.
Şükürlər olsun ki, 8may 2021-ci il Şuşanın işğalının ildönümü deyil. Şuşamız azaddır, Azərbaycanla bərabər nəfəs alır. Bizə bu qüruru yaşadan Şəhid və qazi övladlarımızın, hələ də Qarabağda dayanan əsgərlərimizin qarşısında baş əyirik.
Bu munasibətlə məktəbimizin tarix müəllimi Əliyeva Ülviyyə 6c sinif şagirdləri ilə birlikd Şuşa - Sən azadsan adlı tədbir keçirmişdir.Tədbirdə uşaqlar Şuşa şəhərinin tarixi təbiəti abidələri və mədəniyyəti haqqında məlumatlar danışmış, şeirlər söyləmişlər.
Buraxılış imtahanından yüksək bal toplayan şagirdlərAdları aşağıda qeyd olunan məktəbimizin XI sinif şagirdləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş buraxılış imtahanında 250-dən yuxarı bal toplamışlar:
1. Nuriyeva Nəzirə Rövşən qızı - 277 bal - 11D
2. Mahmudlu Fidan Elxan qızı - 275 bal - 11E
3. Quliyev Əsgər Aqşin oğlu - 268 bal - 11E
4. Abdullayev Məhəmməd Abdul oğlu - 259 bal - 11C
5. Hüseynov Hüseyn Vüqar oğlu - 258 bal - 11E
6. Abdullazadə Vaqif Natiq oğlu - 257 bal - 11A
7. Əliyev Əbülfəz Fuad oğlu - 256 bal - 11A
Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ən yaxşı videotəqdimat” müsabiqəsinə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ən yaxşı videotəqdimat” müsabiqəsinə start verilib.
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Ən yaxşı videotəqdimat” müsabiqəsi təhsil müəssisələrinin dərnək rəhbərləri arasında keçirilir.
Müsabiqə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi, Nizami sənətinin öyrənilməsi və tanıdılması, eyni zamanda dərnək rəhbərləri ilə aparılan işlərin daha da gücləndirilməsi, tədrisə müasir yanaşmaların təbliğ olunması, bacarıqlı, mütərəqqi fikir və düşüncəli dərnək rəhbərlərinin üzə çıxarılması məqsədilə təşkil edilir.
Müsabiqə iştirakçıları təqdimatla çıxış edəcək. Çıxışlar 20 may 2021-ci il tarixinədək video formatında BŞTİ-nin [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müsabiqənin əsas mövzuları “Nizami Gəncəvi yaradıcılığına çəkilmiş illüstrasiyalar”, “Nizami poeziyasının çoxşaxəliliyi”, “Azərbaycan təbiətinin Nizami Gəncəvi yaradıcılığında yeri”, “Nizami yaradıcılığının musiqi ilə inteqrasiyası”, “Nizaminin elmi və astronomik düşüncələrinin bugünkü elm tərəfindən sübutu”ndan ibarətdir.
Qiymətləndirilmə zamanı təqdimatın mövzuya uyğunluğu, nəzəri əsasların olması, ümumi yanaşma, məlumatın toplanması və təhlili, əldə edilmiş nəticənin aydın və səlis təqdim olunması, təqdimatın mövcud elmi biliklərin və təcrübənin inkişafına töhfəsi əsas meyarlar kimi götürüləcək.
Müsabiqənin yekununda ümumilikdə 6 iştirakçı (1 nəfər-I yer, 2 nəfər-II yer, 3 nəfər-III yer) qalib seçiləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. 10 nəfər isə fəal iştirakına görə “Tərifnamə” ilə təltif olunacaq.