Rəsm müsabiqəsiBakı şəhəri Binəqədi rayonu 115 saylı məktəbin 7c sinif şagirdi Mahmudova Nigar Bakı şəhəri Gənclər və idman baş idarəsi tərəfindən"Covid-19 pandemiyası ilə mübarizə məqsədilə həkimlərin, polis işçilərinin, könüllülərin fədakarlığını əks etdirən rəsm müsabiqəsində iştirakına görə fəxri fərmanla təltif olunub.
Dezinfeksiya işləri davam edirPandemiya şəraiti ilə əlaqədar olaraq Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi
məktəbimizdə dezinfeksiya işləri aparmış, sinif otaqları, sanitar qovşaqlar, koridorlar təmizlənmişdir.
Respublika fənn olimpiadasının final turuna vəsiqə qazanmış Məhəmməd Abdullayev Abdul oğlu ilə görüşBu gün məktəbin direktoru Natəvan Əsədova Respublika fənn olimpiadasının final turuna vəsiqə qazanmış Məhəmməd Abdullayev Abdul oğlu ilə görüşmüşdür. Olimpiadanın hazırlığı ilə maraqlanmış və uğurlar diləmişdir.