Xüsusi hallar zamanı davranışla bağlı təlimati işlər həyata keçirilmişdirXüsusi hallar barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.11.2016-cı il 728 nömrəli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.11.2016-cı il tarixli 316 nömrəli əmrlərini rəhbər tutaraq xüsusi hallar zamanı davranışla bağlı texniki heyətlə təlimati işlər həyata keçirilmişdir. mümkün olan ilkin tədbirlər yerinə yetirilmişdir.
Siniflərə ümumi baxış keçirildiBu gün siniflərə ümumi baxış keçirildi. Baxış zamanı davamiyyətin yüksək səviyyədə olduğu müşahidə olundu. Müəllim və şagirdlərin məktəbə çox həvəs və sevinc hissi ilə gəlmələri qürurvericidir.
Ənənəvi təhsil qismən bərpa olunduMayın 17-dən ümumi təhsil müəssisələrində I-IX siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil qismən bərpa olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani tədris təmin olunur. X-XI siniflərdə isə tədris distant formada davam edir.
Qeyd edək ki, sıxlığın idarə edilməsi məqsədilə siniflər üzrə şagird sayı epidemioloji vəziyyət nəzərə alınmaqla müəyyən olunur. Məktəblərdə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinif yarımqruplara bölünür.
Paytaxtdakı ümumi təhsil müəssisələrində də tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil olunur. Təhsil müəssisələrində mütəmadi olaraq dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlərin aparılması nəzərdə tutulur.