Nailiyyətlərimiz

Böyük summativ qiymətləndirmə təşkil olunduMəktəbimizin IX, X, XI siniflərində böyük summativ qiymətləndirmə təşkil olundu. Qiymətləndirmədə hər bir şagird yüksək səviyyədə iştirak etdi.

Respublika Fənn Olimpiadasının III yer sahibiMəktəbimizin 11c sinif şagirdi Məhəmməd Abdullayev Abdul oğlu coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsində müvəffəqiyyətlə iştirak etmiş və 3-cü yer tutaraq bürünc medal qazanmışdır. Bizə bu sevinci yaşatdığı üçün Məhəmmədə, onun valideynlərinə, müəllimlərinə, məktəb kollektivimizə təşəkkürümüzü bildiririk. Təbrik edirik, Məhəmməd. Uğurların daim olsun.

“Mənim arzuladığım dünya” mövzusunda asfalt üzərində rəsm müsabiqəsi31 may 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 01 iyun-“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim arzuladığım dünya” mövzusunda asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd istedadlı yeniyetmə və gənclərin rəsm sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması və asudə vaxtın səmərəliliyinin təşkil olunmasıdır. Ümumtəhsil məktəblərinin şagirdləri tabaşirlə rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini göstərmişlər. Müsabiqədə məktəbimizin 5b sinif şagirdi Həsənzadə Dəniz Pərviz qızı iştirak etmişdir. Müsabiqəyə baxış zamanı iştirakçılar öz çəkdikləri rəsmlər haqqında ətraflı məlumat vermişlər. Sonda müsabiqənin bütün iştirakçılarını Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev 01 iyun- “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik edərək “Təşəkkürnamə” ilə mükafatlandırmışdır.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Aygül Tanrıverdiyeva Oqtay

Nərgiz Şıxəliyeva Nurəli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi