Summativ qiymətləndirilmə haqqında onlayn iclas keçirildi21.01.2021 -ci il tarixdə saat 16:00-da xüsusi karantin rejimi dövründə ümumtəhsil pilləsində təhsil alanların attestasiyasının (məktəbdaxili qiymətləndirmə) aparılmasının müvəqqəti qaydasının müzakirəsi və summativ qiymətləndirilmənin aparılması haqqında onlayn iclas keçirildi
İnşa və rəsm müsabiqəsinin nəticələriBinəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 08-14 yanvar 2021-ci il tarixində 20 yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda onlayn rəsm və inşa müsabiqəsi keçirilmişdir.
- İnşa müsabiqəsinin nəticəsinə əsasən
10a sinif şagirdi Soinoğlu Çinarə I yerin sahibi olmuşdur.
- Rəsm müsabiqəsinin nəticəsinə əsasən məktəbimizin
11 b sinif şagirdi Laçınova Nilufər I yer;
9ç sinif şagirdi Abbasova Nərmin fərqlənmə diplomu almışdır.
Hər birini təbrik edir, gələcək təhsillərində uğurlar arzu edirik!
20 Yanvar şagirdlərin gözü iləMəktəbimizin şagirdləri 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş "Qanlı Yanvar" adlı əl işləri və rəsmləri təqdim etdilər.