Qazi İsmayıl Hüseynovla görüş keçirildi23.12.2020 ci ildə "Cəsur Əsgər"medalı ilə təltif olunmuş Qarabağ qazisi İsmayıl Hüseynovla 7c sinif rəhbəri Məmmədəliyeva Pərvanənin təşkilatçılığı ilə tədbir təşkil edilmişdir. Tədbirdə məktəbin direktor Əsədova Natəvan, direktor müavinləri M.Gülnarə, V.Təranə, B.Zülfiyyə psixoloq D.Şövkət iştirak etmişlər. Şagirdlər qaziyə şeirlər həsr etmiş və suallar vermişlər.Tədbirdə qazinin döyüş yolu haqda danışdıqları uşaqların marağına səbəb olmuşdur.
Doğum gününüz mübarək Ali Baş KomandanAd gününüz mübarək! Vətənin qeyrətli Oğlu, hər bir Azərbaycanlının qürur mənbəyi! Əzmiylə, qətiyyətiylə, mübarizəsiylə, vətənpərvərliyilə könüllərdə taxt quran Ali Baş Komandanım! Doğum gününüzə Azərbaycan xalqına bütöv Azərbaycanı hədiyyə edən Sərkərdə!...Bu cümlələri nə qədər istəsəz uzatmaq olar. Amma yadıma bir ata sözü düşür "GÖRÜNƏN BAĞA NƏ BƏLƏDÇİ"
SİZİNLƏ FƏXR EDİRİK,CƏNAB PREZİDENT!
"Qarabağ Azərbaycandır!" adlı görüş keçirilmişdir21.12.2020-ci il tarixində 115 nömrəli məktəbin 6c sinfində sinif rəhbəri A.Sevincin rəhbərliyi ilə "Qarabağ Azərbaycandır!" adlı görüş keçirilmişdir. Görüşdə fəxri qonaq kimi Qobustan r-nu Ərəbqədim kənd orta məktəbinin fiziki tərbiyə müəllimi qazi İsrafilli Cavid, məktəbin direktoru Natəvan Əsədova, dərs hissə müdirləri M.Gülnarə, B.Zülfiyyə, V.Təranə müəllimə iştirak edirdi. Şagirdlər Qarabağa, Azərbaycan əsgərinə, bayrağa aid şeirlər dedilər. Qazimiz keçdiyi şərəfli və çətin döyüş yolundan danlşdı, uşaqların çoxsaylı suallarına cavab verdi. Bu görüşün şagirdlərin həyatında silinməyən iz buraxacağına, onlarda vətənpərvərlik hissinin aşılanmasında böyük rol oynayacağına əminik!!!