Nailiyyətlərimiz

Qurban bayramınız mübarəkBakı şəhəri Azər Məmmədov adına 115nömrəli tam orta məktəbin kollektivi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban Bayramı münasibətilə bütün Türk dünyasını, Azərbaycan xalqını ürəkdən təbrik edir, Allah Təaladan şəhidlərimizə rəhmət, xəstələrə şəfa, əsgərlərimizə güc-qüvvət, torpaqlarımızın işğalçılardan təmizlənməsi və məcburi köçkünlərin bu mübarək bayramı öz doğma yurdlarında kecirilməsini arzulayırıq. Ümidvarıq ki, bütün xeyirxah niyyətimiz, dua və diləklərimiz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır!

Məzunlara uğurlar diləyirik29-30 iyul 2020-ci il tarixlərində keçiriləcək pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilmiş imtahanda iştirak edən məzunlara uğurlar diləyir ,"tələbə" adını qazanaraq sevinc hisslərini yaşamağı arzu edirik. Məktəbdən məzun olduğunuz kimi, ali məktəb məzunu olmaq qismətiniz olsun. Biz sizlərə güvənirik, əziz məzunlarımız. Hər birinizə uğurlar, müvəffəqiyyətlər və yolunuz açıq olsun,deyirik. Sizlər sabahın qurucularısınız!

“Xocalı soyqırımını unutma” mövzusunda keçirilmiş inşa yazı və rəsm müsabiqələriBinəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 fevral 2020-ci il tarixində Binəqədi Gənclər Evində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” və Xocalı Soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” mövzusunda keçirilmiş inşa yazı və rəsm müsabiqələrinin qalibləri və iştirakçılarının mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi Ülviyyə Usubova, idarədə təcrübə keçən Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin IV kurs tələbələri Fərhad Hacıyev, Soltan Fərəcov, Cavid Ağalı, rayon orta ümumtəhsil məktəblərinin gənclərlə iş üzrə nümayəndələri, məktəblilər və onların valideynləri iştirak etmişlər.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Adil Babayev Araz

Fidan Əlizadə Elman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi