Nailiyyətlərimiz

İnşa yazı müsabiqəsinin qalibiBinəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 17 dekabr 2019-cu il tarixində Binəqədi Gənclər Evində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda inşa yazı və rəsm; 09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə «Mənim bayrağım» mövzusunda inşa yazı, bədii qiraət və rəsm müsabiqələrinin qalibləri və iştirakçılarının mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, rəis müavini Rüfət Əhmədov, aparıcı məsləhətçi Ülviyyə Usubova, rayon orta ümumtəhsil məktəblərinin gənclərlə iş üzrə nümayəndələri, məktəblilər və onların valideynləri iştirak etmişlər. Əvvəlcə idarə rəisi Namiq Tarverdiyev çıxış edərək məktəbliləri keçirilən müsabiqələrdə iştiraklarına və qazandıqları uğura görə təbrik etmiş, onlara dərslərində yüksək nailiyyətlər əldə etməyi arzulamışdır. Sonra şagirdlərə diplom və sertifikatlar təqdim edilmişdir.

"1dekabr QICS-lə mübarizə günü02.12.2019-cu il tarixində məktəbin biologiya müəllimi A.Sevincin başçılığı ilə 9c sinfində "1dekabr QICS-lə mübarizə gününə həsr olunmuş dəyirmi masa keçirildi. Şagirdlər QICS-in yayılma və ondan qorunma yolları, Azərbaycanda hal hazırkı QICS-lə bağlı statistik göstəricilər və səhnəciklər təqdim etdilər.

"30 noyabr ev heyvanlarını qoruma günü""Biologiya aylığı" çərçivəsində və "30 noyabr ev heyvanlarını qoruma günü" münasibəti ilə məktəbimizdə canlı guşə təşkil olundu. Məqsəd şagirdlərdə heyvanlara sevgi, qayğı hissini artırmaq, onlara qulluq qaydalarını öyrətməkdir.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Elçin Rzazadə Cavanşir

Aygün Əlizadə Kamil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi