Nailiyyətlərimiz

“Mənim bayrağım” mövzusunda inşa yazı və rəsm müsabiqəsiBinəqədi Rayon İcra Hakimiyyəti (BRİH), Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Bakı Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə “Mənim bayrağım” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilmişdir.

“Məktəb seminarları”na start verilibBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb seminarları”na start verilib. Sessiyada BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, uşaq birliyi rəhbərləri, Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənni üzrə metodbirləşmə sədrləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər. “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

Narkomaniyaya yox deyək!28 oktyabr 2019-cu il tarixində məktəbin akt zalında "Narkomaniyaya yox deyək!" devizi altında növbəti tədbir keçirildi. Binəqədi rayon polis idarəsinin əməkdaşları da tədbirimizin qonaqları sırasında iştirak etdilər. Direktor müavini Zahid Canayev tədbiri açıq elan etdi. Məktəbdə bu mövzuda şagirdlərlə il boyu həm məktəb rəhbərliyi, həm də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə mütəmadi söhbətlər aparılır xüsusi töfsiyyələr verilir. Tədbirdə yuxarı sinif şagirdləri,müəllim və valideynlər iştirak etdi. Binəqədi Rayon polis idarəsinin əməkdaşları bu mövzuda şagirdlərə ətraflı məlumat verdilər. Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir! İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işdir. Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Səidə Hüseynova Asif

Lamiyə Mahmudlu Elxan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi