Nailiyyətlərimiz

"Nəsimi ili" çərçivəsində dəyirmi mas07 may 2019-cu il tarixdə Bakı şəhəri 115 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Nigar Abbasovanın təşkilatçılığı ilə 8-ci sinif şagirdləri "Nəsimi ili" çərçivəsində dahi şairimiz Nəsiminin 650 illiyinə həsr olunmuş" Mən bu cahana sığmazam "adlı kompozisiya ilə çıxış etdilər. Şagirdlər dahi şairin həyat və yaradıcılığı haqqında təqdimatlar edərək,şairin qəzəllərindən nümunələri gözəl intonasiya ilə söyləmişdilər. "Nəsimi ili "çərçivəsində keçirilən tədbirlər davam edir.

Biologiya gecəsiMəktəbin biologiya fənni üzrə metodbirləşmənin sədri Sevinc Alışanova və biologiya müəllimi Şəhla Cabbarovanın təşkilatçılığı ilə "Biologiyanı sevək, sevdirək" adlı layihə çərçivəsində "Ana təbiət" adlı tədbir keçirilmişdir. Ümumilikdə tədbir 3 mərhələdən ibarət idi: 1-ci mərhələ "Təbiət uşaqların gözü ilə" adlı rəsm müsabuqəsi, 2-ci mərhələ "Bahar düşüncələrimdə" adlı inşa müsabiqəsi, 3-cü mərhələ "Nə bilirik?" adlı intellektual yarışma. Müsabiqələrdə qalib gələn şagirdlərə Diplom və hədiyyələr təqdim edilmişdir.

Macarıstan nümayəndəsi ilə görüş keçirildi.OCEP-2019 layihəsi çərçivəsində Bakı şəhəri Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Macarıstan Respublikasının Azərbaycandakı səfirliyinin məsul nümayəndəsi iştirak etmişdi. Nümayəndə məktəblə tanış olduqdan sonra şagirdlərin hazırladıqları maraqlı kompozisiyalara baxmış, Macarıstanın tarixi, mədəniyyəti, flora və faunası haqqında təqdimatları dinləyərək Azərbaycan və Macarıstan arasındakı əməkdaşlığın daha da gücləndirilməsi sahəsində bu cür görüşlərin əhəmiyyəti haqqında danışaraq tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdi. Hər iki ölkə şəkilləri əks olunan xüsusi hədiyyə qonağa təqdim olunmuşdu. Tədbirin sonunda Macarıstan Respublikasının ölkəmizdəki səfirliyinin məsul nümayəndəsi ilə xatirə şəkli çəkdirilmişdi.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Elvin Həsənzadə Nazim

Səidə Hüseynova Asif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi