“Qırmızı, yaşıl, sarı – Bakının işıqları” adlı tədbir keçirildiİbtidai sinif müəllimi Elmanova Fəridə 2a sinfi ilə Yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə maarifləndirmə “Qırmızı, yaşıl, sarı – Bakının işıqları” adlı tədbir keçirdi. Tədbirdə küçə və yol hərəkət qaydalarına daha mükəmməl yiyələnmək məqsədilə videoçarx nümayiş etdirildi. Küçə və yollarda davranış qaydalarına aid səhnəciklər göstərildi, şeirlər söylənildi, mahnılar və rəqs nömrələri ifa olundu.
Xətai və Binəqədi rayonları üzrə “Məktəb seminarlarıBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nın növbəti sessiyaları Xətai və Binəqədi rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.
Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin mövcud ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi məsələləri də müzakirə olunub.
“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.
Xocalı sağalmaz yaram26.02.2019-cu il tarixdə Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdəTəlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş "Xocalı sağalmaz yaram" adlı ədəbi bədii kompozisiya keçirilmişdir. Hərbi forma geyinmiş şagirdlər hazırladıqları kompozisiya ilə Xocalıda baş verən zülmlərə, erməni vəhşiliyinə öz etirazlarını bildirərək xalqımıza , doğma Azərbaycanımıza sevgilərini ifadə edən vətənpərvərlik ruhlu şeirlər və mahnılar səsləndirmişlər. Vətənpərvərlik ruhu hər birimizin doğulduğu torpağa, xalqa, millətə olan sevgisinin təzahür formasıdır.