Son zəng14 iyun 2019-cu il tarixdə ölkənin bütün təhsil ocaqlarında olduğu kimi məktəbmizdə də "Son zəng" tədbiri keçirilmişdir. Tədbirdə iştirak edən qonaqlar, məktəb rəhbərliyi, məzunlara xoş arzular diləmiş və təhsildə fərqlənən şagirdləri Fəxri Fərmanlarla təltif etmişdilər. Rəsmi hissə bitdikdən sonra şagirdlərin çıxışları ilə bədii hissə davam etdirilmişdir. Əziz məzunlar, hər birinizə bol-bol uğurlar arzulayırıq. Vətəninizə, xalqınıza layiqli övladlar olaraq, bayrağımızı hər zaman yüksəklərə qaldırasınız. Yeni Həyata qədəmləriniz mübarək.....
“Heydər babanın nəvələriyik” adlı tədbir keçirildi10 may 2019-cu il tarixində məktəbimizin Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə Heydər Əliyevin 96 illiyinə həsr olunmuş “Heydər babanın nəvələriyik” adlı tədbir keçirildi. Məktəbimizin müəllim, valideyn, şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə aid videoçarx nümayiş etdirilirdi. Şagirdlərin ifasında şeirlər söylənildi, musiqilər səslənildi. Tədbir məktəbin direktoru Məsud Babayevin çıxışı ilə bitdi, tədbirdə fəal iştirak edən şagirdlərə təşəkkürnamə təqdim edildi.
“Qəhrəmanlar unudulmur” adlı tədbir07 may 2019-cu il tarixdə Binəqədi rayon A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə 9 May Faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi. Məktəbin müəllim, valideyn, şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə II Dünya müharibəsində film nümayiş etdirildi. Şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiya nümayiş etdirildi, vətənpərvərlik və qəhrəmanlıq mövzusunda mahnılar səslənildi.
Tədbirin sonunda Veteranlar Şurasının sədri Məhəmməd Əliyev müharibə dövründəki xatirələrindən danışdı