“Ölkəmizi Tanıyaq” tur-aksiyası13 noyabr 2019-cu il tarixində səhər saatlarında “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Göygöl- Şəmkir istiqamətinə yola düşəcək Binəqədi məktəblilərinin təntənəli yolasalınma mərasimi keçirilib. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məktəb direktorları, valideynlər, iştirak etdilər.
Məktəblilər Rəqsin Sultanları ” rəqs kollektivinin “ Yeni Bakı” rəqsini, F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin “Nağara şou” qrupunun çıxışını izlədilər. Sonra tur-aksiya iştirakçılarının ifasında “Ölkəmizi tanıyaq” layihəsinin 5-ci ildönümü üçün hazırlanmış “Ölkəmizi Tanıyaq” himnini dinlənildi. Daha sonra Binəqədi məktəblilərinin səfər edəcəyi avtobus yola salındı.
Məlumat üçün qeyd edək ki, Ötən müddət ərzində Binəqədi rayonundan olan gənclər də bu layihədə yaxından iştirak edib. Bu günə qədər Binəqədi rayonundan 309 şagird Respublikamızın müxtəlif bölgələrinə yola salınmış, oranın tarixi, təbiəti, adət və ənənələri, eləcə də son illərdə gedən adablıq-quruculuq işlərini öz gözləri ilə görmüşdür.
"Nəsimi yaradıcılığında hürufilik" adlı dəyirmi masa19.11.2019-cu il tarixində məktəbdə görkəmli Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş "Nəsimi yaradıcılığında hürufilik" adlı dəyirmi masa keçirilmişdi. Məktəbin tarix fənnmetodbirləşməsinin sədri Ülviyyə Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə tarix müəllimi Nailə Tahirzadə çıxış edərək ustadı Fəzlullah Nəimidən sonra hürufiliyin geniş inkişaf etdirilməsində Nəsiminin böyük rolu olduğunu vurğulamış, sufizm və hürufilik təriqəti haqqında geniş məlumat vermişdir.Məktəbin tarix müəllimələri Firuzə Əliyeva, Sevinc Qəhrəmanova, Gülşən Məmmədəliyeva dəyirmi masada iştirak edərək Nəsimi dövrünün tarixi haqqında müzakirələr etmişdilər.
Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat fənnmetodirləşməsinin sədri Nəzakət Cəfərova dövrünün görkəmli mütəfəkkiri, ədəbiyyatımız tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi İmadəddin Nəsimi yaradıcılığının Azərbaycan dili və ədəbiyyatının inkişafında mühüm mərhələ olmasından bəhs etmişdir. Dəyirmi masadan sonra tədbir iştirakçıları Ədəbiyyat muzeyinə gedərək, Nəsiminin abidəsini ziyarət etmişdilər.
Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya10 noyabr 2019-cu il tarixdə məktəbin biologiya müəllimi Alışanova Sevinc və tarix müəllimi Əliyeva Ülviyyə "Şagirdlərin məktəbdən kənar vaxtlarının səmərəli təşkili" və "Milli mənəvi dəyərlərin aşılanması" tədbirləri silsiləsindən 5c sinif şagirdləri ilə birlikdə Azərbaycan Milli Xalça Muzeyində oldular. Muzeyin maraqlı eksponatları ilə yaxından tanış olan şagirdlər, ekskursiyanın sonunda muzeyin "Xatirə kitabı"-na ürək sözlərini yazdılar.