Nailiyyətlərimiz

Xocalı yaddaşlardan silinməz!20-ci əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında böyüməkdə olan nəslə məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğuları gücləndirmək məqsədilə Azərbaycan dili və ədəbiyyat fənnmetodbirləşməsinin sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Xocalı yaddaşlardan silinməz!!" adlı kompozisiya keçirilmişdir. Faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Nəzakət Cəfərova Xocalı faciəsi haqqında şagirdlərə məlumat vermişdi. Daha sonra 6c sinif şagirdləri Xocalıya, Qarabağa həsr olunmuş şeilərdən nümunələr söyləmiş, sonda vətənpərvərlik ruhlu musiqinin sədaları ilə kompozisiyanı yekunlaşdırmışdılar.

Memorial soyqırımı Muzeyinə ekskursiya22 fevral tarixində məktəbimizin Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə sinif rəhbərləri Xanım Məmmədova və Sədaqət Salmanovanın iştirakı ilə 7c və 8ç sinif şagirdlərini Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial soyqırımı Muzeyinə ekskursiya təşkil etdik. Muzeydə şagirdlər Xocalı soyqırımına həsr olunmuş video – filmə baxdılar. Şagirdlərə Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə muzeyi ziyarət etdirdilər. Muzeydə Xocalı soyqırımı zamanı baş verən hadisələr haqqında Azərbaycan Respublikasının böyük prokuroru Vüsal Əliyev yoldaş, şagirdlərə ətraflı məlumat verdi.

21Fefvral Beynəlxalq Ana Dili Günü20.02.2020-ci il tarixdə məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinn sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə 21Fefvral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilimizi qoruyaq" adlı ədəbi-bədii gecə keçirilmişdir. Dövlət Himni səsləndikdən sonra Nəzakət Cəfərova insanın mənəvi aləminin zənginləşməsində, dünyağörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayan millii-mənəvi dəyərlərimizdən olan ana dilimizin tarixi keşməkeşli yolundan, onun qorunaraq gələcək nəsillərə çatdırılması üçün çox işlərin görulməsi haqqında çıxış edərək tədbiri açıq elan etdi. Daha sonra şagirdlərin ifasında görkəmli şair və yazıçılarımızın ana dili haqqında yazmış olduqları əsərlərdən nümunələr səslənmiş. Tədbirdə TDM-nin baş metodisti Tahirə Qədimova, bölmə müdiri Könül Təhməzova, TDM-nin əməkdaşları Sədaqət Məmmədova, Səkinə Hüseynova, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etmişdi. Tədbirin sonunda çıxış edən Tahirə Qədimova şagirdlərə uğurlar arzulayaraq, tədbirin hazırlanmasında əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirmişdi.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Nərmin Kərimli Nicat

Elvin Həşimov Vüqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi