Nailiyyətlərimiz

Dünya ədəbiyyatı xəzinəsinin incilərinin müzakirəsiMəktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin sədri Nəzakət Cəfərovanın təşkilatçılıgı ilə sinifdənxaric oxu materiallarının, bədii əsərlərin şagirdlərin dünyagörüşünün formalaşmasında böyük tərbiyəvi rolunun və nitqin düzgün inkişaf etdirilməsi məqsədilə kitabsevər şagirdlərin iştirakı ilə məktəbin kitabxanasında şagirdlərin mütaliə etdikləri S.S.Axundov, M.F.Axundov, C.Məmmədquluzadə, A.Şaiq kimi Azərbaycan ədəbiyyatı, Mayn Rid, Mark Tver, Artur Konan kimi dünya ədəbiyyatı xəzinəsinin incilərinin müzakirəsi keçirilmişdir.

"20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda inşa yazı müsabiqəsinin qalibiBakı şəhəri Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin 10A sinif şagirdi Sevinc Abdullayeva 20 yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə Bakı şəhər orta ümumtəhsil müəssisəsinin şagirdləri arasında "20yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində 1-ci yeri tutduğuna görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu tərəfindən Diplom,hədiyyə və pul mükafatı ilə mükafatlandırılmışdır.

Şəhidlər Xiyabanına ziyarət18.01.2020 tarixində məktəbin 7b sinif şagirdləri sinif rəhbəri Könül Əliyevanın təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30 illiyi ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ehtiramlarını bildirmək üçün Şəhidlər Xiyabanına ziyarət edərək, "Şəhidlər Xiyabanı and yerimizdir!" adlı şüarlarını səsləndirmişlər.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Məhəmməd Abdullayev Abdul

Sevinc Abbasova Abbas

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi