"Mənim üçrəngli bayrağım" adlı kompozisiyaMəktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Cəfərovanın təşkilatçılığı və 6c sinif şagirdlərinin iştirakı ilə 9 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə "Mənim üçrəngli bayrağım" adlı kompozisiya keçirilmişdi. N.Cəfərova Dövlət atributu olan bayrağın dünəni və bu günü haqqında məlumat verdikdən sonra şagirdlər "Bir kərə yüksələn bayraq bir daha enməz!", "Qarabağda yüksələcək üçrəngli bayrağımız!", "Qarabağ Azərbaycanındır və nida!" şüarlarını səsləndirərək bayraq haqqında hazırladıqları təqdimatlarla çıxış etdilər. Daha sonra bayrağa aid müxtəlif şeir və mahnılar səsləndirmiş, "Biz kimik?" adlı vətənpərvərlik kompozisiyasını nümayiş etdirərək bayrağı öpüb Vətənə, xalqa layiqli övlad olacaqlarına and içmişdilər.
İnşa yazı müsabiqəsinin qalibiMəktəbin 10A sinif şagirdi Lalə Mollayeva "9Noyabr-Dövlət Bayrağı Günü" münasibəti ilə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Mənim bayrağım"adlı inşa yazı müsabiqəsində 1-ci yer tutduğuna görə Diplom və müxtəlif hədiyyələrlə təltif olunmuşdu.
"Cahana sığmayan düha" adlı tədbir5 noyabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar "Nəsimi dühası-650 il" adlı layihə əsasında məktəbdə "Cahana sığmayan düha" adlı tədbir keçirildi. Tədbirdə şagirdlərin ifasında Nəsiminin yaradıcılığında yer alan müxtəlif qəzəllər, Şirvanşah və Nəsiminin qarşılaşması, Nəsimi və dərvişlər kompozisiya şəklində, Fikrət Əmirovun "Nəsimi"dastanı musiqisinin fonunda qədim Şamaxının tarixi və Nəsiminin həyatına həsr olunmuş slaydlar, Qabilin, B.Vahabzadənin, Əli Kərimin Nəsimiyə həsr olunmuş şeirləri, musiqilər və sonda xorun ifasında "Sığmazam" mahnısı ifa olundu. Şagirdlərin çəkdikləri rəsm nümunələri, yazdıqları esse və təqdimatlar nümayiş etdirildi.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, İmadəddin Nəsimi təkcə Azərbaycanın deyil bütün Yaxın Şərqdə şöhrət qazanan fədakarlıq və iradə rəmzi kimi adı dillər dolaşan böyük Azərbaycan şairi və mütəfəkkiridir.
Nəsimişünas Esmira Şıxıyeva çıxış edərək qeyd etdi ki, dünya ədəbiyyatına nadir incilər bəxş etmiş ümumbəşər şair Nəsimi təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün sərvətdir. Nəsimi irsinin orta məktəblərdə belə geniş öyrədilməsini təqdirəlayiq hesab etdi.
Daha sonra çıxış edən şair, publisist Əli Vahid Nəsimiyə həsr etdiyi şeiri ifa edərək, yeni nəşr olunmuş kitabını məktəb rəhbərliyinə və qonaqlara təqdim etdi.
Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Cəfərovanın "Cahana sığmayan düha" adlı qəzet məqaləsi və Nəsiminin 650 illiyinə həsr olunmuş xüsusi hədiyyə qonaqlara təqdim edildi. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.