Nailiyyətlərimiz

22 Oktyabr Beynəlxalq Məktəb Kitabxanaları Günüdür22 Oktyabr Beynəlxalq Məktəb Kitabxanaları Günüdür. Bakı şəhəri 115 nömrəli məktəbin şagirdləri də bu günü məktəb kitabxanasında qeyd etdilər. Şagirdlər Ümummilli lider Heydər Əliyevin kitabxana haqqında "Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" kəlamını bir çox görkəmli şəxsiyyətlərin "Kitab sənin ilk dostundur", "Kitabsız yaşamaq kor, kar, dilsiz yaşamaqdır.", "İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır", "Yaxşı kitab çox qiymətli xəzinədir" kimi aforizmlərini səsləndirərək kitaba, müqəddəs varlığımız olan ana dilinə olan sevgilərini nümayiş etdirmişdilər. Bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərimizdə mütaliəyə maraq, kitaba hörmətlə yanaşmaq hisslərini aşılamaq idi.

Dövlət Müstəqilliyi Günü18.10.2019-cu il tarixdə Binəqədi rayonu A.Məmmədov adına 115№li tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə 18 oktyabr Azərbaycan Respublikasının “Dövlət Müstəqilliyi Günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Məktəbin tarix müəllimi Əliyeva Ülviyyə “Müstəqil Azərbaycan” adlı geniş məruzə ilə çıxış etdi. 7b sinif şagirdlərinin iştirakı ilə şeirlər söylənildi, hazırladıqları məlumatlar dinlənildi, slaydlar nümayiş etdirildi.

Sakinlərlə səyyar görüş2019-cu il sentyabr ayının 26-da, 115 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev,Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Fəridə Sadıqova Həbib

Fərhad Quliyev Zaur

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi