OCEP-2019Bakı şəhəri Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta ümumtəhsil məktəbi OCEP-2019 layihəsi çərçivəsində Macarıstan ilə əməkdaşlığı və silsilə tədbirləri davam etdirir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliminin təşkilatçılığı ilə 5ç sinif şagirdləri Macarıstanın tarixi və Olimpiya mədəniyyəti haqqında təqdimatlar hazırlamışlar.
Reqs üzrə I yerin qalibiMəktəbin 2d sinif şagirdi Zeynallı Əsmayə Rüfət qızı 1 aprel 2019-cu il tarixində İdman rəqsləri üzrə "Cücələrim - 2019" müsabiqəsində iştirak edərək, 2010-2011 yaş qrupu arasında I yerə layiq görülərək Diplom və medalla təltif olunub.
"Böyük Zəfərin Başlanğıcı"8 aprel 2019 -cu il tarixində məktəbimizdə Aprel döyüşlərinə həsr olunmuş "Böyük Zəfərin Başlanğıcı" adlı ədəbi - bədii gecə keçirilmişdir.Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin nümyandəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının məsul şəxsləri,şəhid ailələri və valideynləri iştirak edirdi..