"Ana harayı" abidəsini ziyarət22.02 2019- cu il tarixdə Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində faciə qurbanlarını yad etmək üçün, şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, ümumxalq hüzn günlərinin keçirilməsi məqsədilə Bakı şəhəri Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə məktəb şagirdləri və bir qrup valideyn Xətai rayonu
ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət etmişdilər.
Abidənin önünə gül əklilləri qoyaraq şagirdlər "Xocalı harayı" adlı kompozisiya ilə çıxış etdilər. Əsgər geyimli şagirdlər "Alacağıq qisasını Azərbaycan! Çalacağıq qələbəni Azərbaycan! şüarları ilə abidənin qarşısında and içmişdilər.
"Dilimizi sevək,sevdirək""İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir,ölməzdir, böyük gələcəyə malikdir.Ona görə də xalqımızın ulu babalardan miras qalan bu ən qiymətli milli sərvətini hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir"
Heydər Əliyev.
21 fevral 2019-cu il tarixdə Bakı şəhəri Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə təhsilalanlarda Azərbaycan xalqının tarixinə,mədəniyyətinə,adət və ənənələrinə,dilinə, milli və ümumbəşəri dəyərlərə hörmət və qayğı hissləri aşılamaq məqsədi ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Dilimizi sevək,sevdirək"adlı kompozisiya keçirilmişdir.Şagirdlər dil,Vətən haqqında şeir,hikmətli sözlər və və musiqi nömrəsi ilə çıxış etmişdilər.
N.Cəfərova dilimizin tarixi keçmişi və bu günü haqqında şagirdlərə məlumat verərərək ,qeyd etmişdir ki,əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət dil siyasəti bu gün də ölkə Başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
"Içərişəhər"mövzusu əsasında nümunəvi dərs20.02.2019-cu il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Cəfərova 5"c" sinfində "Içərişəhər"mövzusu əsasında nümunəvi dərs keçirmişdir. Dərs prosesində şagirdlər "Bakı doğma şəhərimdir", "Bakı dünən və bu gün", "Canım,gözüm, Bakım mənim", "Qara qızılın Vətəni Bakım" adlı təqdimatlar əsasında Bakı haqqında maraqlı məlumatlarla çıxış etdilər.
Dərsin məqsədi şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması ,əməkdaşlıq bacarıqlarının formalaşdırılması,milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, sözlərin konkret və mücərrəd, ümumi və xüsusi mənada işlənməsinə görə fərqləndirmək,ismin halları arasındakı fərqi müəyyənləşdirmək olmuşdu. Metodiki cəhətdən düzgün qurulmuş dərs prosesində vaxtdan səmərəli istifadə edən fənn müəllimi dərsdə reallaşdırılan standartlara uyğun meyarları və səviyyələri müəyyənləşdirməklə qiymətləndirmə aparmışdı.