FəxrimizA.Məmmədov adına 115 №li tam orta məktəbin 8c sinif şagirdi Kərimli Nərmin Hədəf Olimpiya klubunun həmrəylik gününə həsr olunmuş açıq birinciliyində 37 kq çəki dərəcəsində yarışaraq I yerə layiq görülərək diplom və medalla təltif olunmuşdu.
Heydər Əliyev həmişə qəlbimizdədir12.12.2018-ci il tarixdə A.Məmmədov adına 115 №li tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev həmişə qəlbimizdədir” adlı tədbir keçirildi. Məktəbin müəllim, valideyn, şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə Heydər Əliyevin həyatı və fəaliyyətinə aid videoçarx nümayiş etdirildi. Şagirdlər şeirlər söylədi, musiqilər ifa etdilər. Tədbir məktəbin direktoru Məsud Babayevin çıxışı ilə bitdi, tədbirdə fəal iştirak edən şagirdlərə təşəkkürnamələr təqdim edildi.
I Yerə layiq görülmüş idmançımızBinəqədi rayonu A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin 8c sinif şagirdi Abbaslı Namiq Natiq oğlu Salyan rayon açıq birinciliyində, sərbəst güləş üzrə yeniyetmələr arasında 41 kq çəki dərəcəsində yarışaraq I yerə layiq görülərək diplom və medalla təltif olunub.