Nailiyyətlərimiz

I Yerin qalibiMəktəbimizin fəxri, daim qalib adına layiq görülən Həşimova Umayra Vüqar qızı 26 yanvar - 2 fevral tarixlərində İran İslam Respublikasının Kiş adasında Beynəlxalq Tennis Federasiyası tərəfindən təşkil edilmiş, gənclər arasında keçirilən yarışmanın qalibi oldu.

YAP Binəqədi rayon təşkilatı Azadlıq prospekti 183 Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirildi21 yanvar 2019-ci il tarixdə Azadlıq prospekti 183 Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirildi. Hesabat-seçki yığıncağında Azadlıq prospekti 183 ƏİPT-nın sədri Zahid Canayev, 115 saylı orta məktəbin direktoru Məsud Babayev, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı Rahil Şükürov, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəalları və ərazi ilk partiya təşkilatının üzvləri iştirak etdilər. Hesabat-seçki yığıncağını giriş nitqi ilə açan 115 saylı orta məktəbin direktoru Məsud Babayev iştirakçıları salamladı və gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, iclasın gündəliyində Azadlıq prospekti 183 Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin hesabatı, Birliyin yeni idarə heyəti, sədr və müavininin seçilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Gündəlikdəki məsələlər səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran məsələlərin geniş müzakirəsinə başlanıldı. Yığıncaqda Azadlıq prospekti 183 Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin fəal gənci Günay Yusifova hesabat məruzəsi ilə çıxış etdi. Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra ərazi ilk partiya təşkilatının 7 nəfərdən ibarət İdarə Heyəti seçildi. Ərazi İlk Partiya Təşkilatının sədri Zahid Canayev gündəlikdə olan ikinci məsələ - ərazi ilk partiya təşkilatının yeni sədrinin seçilməsi üçün gənc fəal Günay Yusifovanın namizədliyini irəli sürdü. Təklif nəzərə alınaraq səsə qoyuldu və təsdiq edildi. Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin fəalı Sevil Hüseynova sədr müavini seçildi. Yeni sədr və sədr müavinləri çıxış edərək onlara göstərilən etimadı doğruldacaqlarını bildirdilər. Daha sonra hesabat-seçki yığıncağında çıxış edən Rahil Şükürov, Fəsli Nəbiyev gənclərə öz tövsiyyələrini verdilər. Onları daha da fəal olmağa və partiyanın tədbirlərində, ictimai-siyasi həyatında yaxından iştirak etməyə çağırdılar. Yeni seçilən tərkibi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.

“20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi doqquzucu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilmişdir. İnşa yazı müsabiqəsinin nəticəsinə görə 83 №-li məktəb-liseyin 10 c sinif şagirdi Yaqubova Xədicə Ələsgər qızı I yerə, 115 №-li tam orta məktəbin 11 b sinif şagirdi Şirinzadə Lalə Mikayıl qızı II yerə, 301 №-li tam orta məktəbin 11 a sinif şagirdi Həsənli İlhamə İlham qızı III yerə layiq görülmüşdür. Müsabiqə çərçivəsində çəkilmiş rəsm əsərləri Binəqədi Gənclər Evinin foyesində nümayiş etdirilmişdir. Rəsmlərdə məktəblilər tərəfindən 20 Yanvar faciəsinin acı nəticələri, xalqımızın mübarizliyi təsvir edilmişdir.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Umayra Həşimova Vüqar

Namiq Abbaslı Natiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi