Nailiyyətlərimiz

FəxrimizBinəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin IV r sinif şagirdi İbrahimova Gövhər Elçin qızı Bədii Gimnastika üzrə 03.06.2018-ci il tarixdə “Xəyala doğru bir addım” I İsmayıllı kuboku üzrə 2008-2010-cu il təvəllüdlü “B” kateqoriyasında top hərəkətlərinə, 18-19 avqust 2009-cu il təvəllüdlü cavanlar kateqoriyasında Beynəlxalq Ritmik Gimnastika turnirləri üzrə və Bakı birinciliyi balacalar arsında yarışmalarda I yerə layiq görülərək Diplomla təltif olinmuşdur.

15 Sentyabr Bilik GünüSentyabrın 15-də Bakının Binəqədi rayonundakı Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə 2018-2019-cu tədris ilinin başlanması və “Bilik günü”nə həsr olunan tədbir keçirilib. Dövlətimiz tərəfindən təhsil sahəsinə göstərilən qayğı və diqqət bütün pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha əzmlə çalışmağa sövq edir. 1966-cı ildən fəaliyyət göstərən məktəbimiz hazırda bütün ixtisas müəllimləri ilə təmin olunub. Yeni tədris ilinin ilk günündə məktəbimizdə 202 şagird üçün ilk zəng çalındı. Onlardan 164-ü Azərbaycan, 38-i isə rus bölməsidir. Ötən tədris ili məktəbimiz üçün bir sıra uğurlarla yadda qalıb. Belə ki, ötənilki tədris ilini bitirən məzunların 72 faizi ali təhsil ocaqlarına qəbul olunub. Onlardan dördü ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Sevindirici haldır ki, məzunlarımızdan bir neçəsi təhsillərini xarici ölkələrin tanınmış universitetlərində davam etdirəcəklər. Həmçinin bu ilki məzunlarımızdan biri məktəbi qızıl medal, dördü isə fərqlənmə attestatı ilə bitirib, bir nəfər isə respublika olimpiadasında ikinci yerə layiq görülüb. Əminəm ki, yeni tədris ili ötən illərlə müqayisədə məktəbimiz üçün daha uğurlu olacaq

Məktəbimizin fəxriÜmummilli Liderimiz Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Azərbaycan təhsilinə ayırdığı xüsusi diqqət və qayğının nəticəsidir ki, bugünkü gənc nəsil öz bacarıq və savadı ilə seçilməkdədir. Həmin uğurun nəticəsi Binəqədi rayonu, A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə də görünməkdədir. Belə ki, həmin uğurlu addımlardan biri məktəbimizin fəxri sayılacaq 2017-2018-ci tədris ilinin məzunu Mahmudlu Lamiyə Elxan qızı 2017-2018-ci dərs ilində keçirilmiş Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə II yerə layiq görülmüş və gümüş medalla təltif olunmuşdur. Mahmudlu Lamiyə Fənn Olimpiadasındakı nəticəsi əsasında Azərbaycan Respublikası təhsil naziri Ceyhun Bayramovun imzaladığı müvafiq əmrə əsasən qızıl medalla təltif olunmuş 185 məzundan biri olmuşdur. Mahmudlu Lamiyə 652 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı (İngilis dilində) fakultəsinə qəbul olmuşdur. Biz də məktəb kollektivi adından məktəbimizin fəxri Mahmudlu Lamiyəyə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Ruslan Məmmədov Vüqar

Toğrul Hümmətli Sahil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi