Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi10.05.2018-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Sevda Əliyevanın təşkilatçılığı ilə 4A sinif şagirdləri Ulu Öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş "Ürəklərdə yaşayacaq Ulu Öndər"adlı kompozisiya ilə çıxış edərək görkəmli Dövlət xadimi ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ,onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsində əvəzolunmaz xidmətlərindən danışıb ,Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılar söylədilər .
"Müstəqilliyimiz əbədidir" adlı inşa yazı müsabiqəsinin qalibləriAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı inşa yazı müsabiqəsinin qalibləri Binəqədi rayon 115 nömrəli tam orta məktəbin 10 b sinif şagirdləri Hüseynov Ruslan və Şirinzadə Lalə məktəbin direktoru tərəfindən Diplomla təltif olunmuşdular.
"Cümhuriyyətin işığı ilə 100 il " adlı İntellektual müsabiqəBinəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbatcan dili və ədəbiyyat fənn metod birləşməsinin sədri Nəzakət Cəfərova və Tarix fənn metodbirləşməsinin sədri Ülviyyə Əliyevanın təşkilatçılğı iləAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Cümhuriyyətin işığı ilə 100 il " adlı İntellektual müsabiqənin final turu keçirilmişdir.Final turunda iştirak edən "Cümhuriyyət","Həmrəylik ","Zirvə" komandalarının üzvləri Azərbaycanın milli adət-ənənələri,tarixi keçmişi, coğrafi mövqeyi, mədəniyyət və incəsənətinə aid sualları cavablandıraraq öz intellektual qabiliyytlərini nümayiş etdirdilər. Daha çox sualı doğru cavablandıran "ZİRVƏ " komandası final turunun qalibi oldu. Münsiflər heyəti və məktəbin direktoru M.Babayev finalçıları mükafatlandıraraq gələcək işlərində müvəffəqiyyətlər arzulamış və sonda xatirə şəkli çəkdirmişdilər.