"Oxu Günü"26.04.2018-ci il tarixdə 115nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin sədri Nəzakət Cəfərova ,məktəbin psixoloqu Şövkət Dadaşova və Azərbaycan dili və ədəbiyyat müəllimi Iradə Sədyarova məktəbin bir qrup şagirdi ilə "Oxu Günü"nə həsr olunmuş sərgidə iştirak edərək, müxtəlif nağıl qəhrəmanları ilə xatirə şəkli çəkdirərək, görkəmli ədiblərimizin əsərlərindən ifa olunan nümunələri maraqla izləmişdilər.Oxunun və mütaliənin insan həyatındakı əvəzolunmaz rolunu əks etdirən bu sərgidən şagirdlər çox məmnun oldular.
“Vahid Əziz dünyasının möcüzəsi” adlı poeziya gecəsi keçirildiBinəqədi rayonu Azər Məmmədov adına 115№li tam orta məktəbdə Azərbaycan yazıçılar İttifaqının üzvi, sevimli şair Vahid Əzizlə görüş keçirilmişdir.
Məktəbin Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə keçirilən “Vahid Əziz dünyasının möcüzəsi” adlı poeziya gecəsində şairin həyat və yaradıcılığı haqqında məlumat verilmiş, sonra şagirdlərin ifasında şairin şeirləri və sözlərinə yazılmış musiqilər səsləndirilmişdir. Sevimli şair Vahid Əziz görüş iştirakçılarını maraqlandıran suallara cavab vermiş, belə bir görüşün təşkil edildiyinə və onun yaradıcılığına göstərilən diqqətə görə gecənin təşkilatçılarına və məktəb rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Görüşün sonunda məktəbin Azərbaycan dili və ədəbiyyar müəllimi, şairə İradə Rəvan Vahid Əzizə həsr etdiyi şeiri səsləndirdi. Məktəbin direktoru Məsud Babayev görüş iştirakçıları adından şairə öz təşəkkürünü bildirərək hədiyyə təqdim etdi. Sonda xatirə şəkli çəkdirildi.
“Kitab bilik mənbəyidir” adlı tədbir keçirilmişdir.23 aprel 2018-ci il tarixdə Binəqədi rayonu 115№ li tam orta məktəbdə şagirdlər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsi məqsədilə “Oxu günü” layihəsi çərçivəsində “Kitab bilik mənbəyidir” adlı tədbir keçirilmişdir.
Məktəbin şagirdləri kitab və bilik haqqında dahilərin kəlamlarından nümunələr və müxtəlif şeirlər söyləmişdilər.
Tədbirin sonunda məktəbin direktoru Məsud Babayev kitabın həyatımızdakı rolu haqqında danışaraq tədbir iştirakçılarını “Təşəkkürnamə”ilə təltif etmişdir.