“Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirildi16 mart 2018-ci il tarixdə A.Məmmədov adına 115 nömrəli tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirildi. Tədbirdə Novruza aid şeirlər, milli rəqslər, rəngarəng kompozisiyalar nümayiş etdirildi və mahnılar səsləndirildi. Tədbirin sonunda məktəbin direktoru Məsud Babayev təbrik çıxışı etdi və tədbirin iştirakçılarını təşəkkürnamə ilə təltif etdi.
Sərgi təşkil olunmuşdurA.Məmmədov adına 115 №li tam orta məktəbin ibtidai siniflərində Texnologiya fənninin tədrisi normal vəziyyətdədir. I yarımil ərzində tədris olunan mövzuların nəticəsi olaraq əl işlərinin nümunələrindən ibarət sərgi təşkil olunmuşdur. Ibtidai sinif şagirdləri bu fənni sevir və həvəslə əl işlərini hazırlayırlar. Sərgi 05.03.2018-ci il tarixdə məktəbin foyesində təşkil olunmuşdur.
“8 Mart – Beynəlxalq Qadınlar Günüdür” adlı tədbir keçirildi07.03.2018-ci il tarixdə A.Məmmədov adına 115№li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə “8 Mart – Beynəlxalq Qadınlar Günüdür” adlı tədbir keçirildi. Tədbir “Ana ”- ya aid həzin musiqi sədaları altında açıq elan olunduqdan sonra şagirdlərin hazırladığı səhnəciklər göstərildi, şeirlər söylənildi və mahnılar səsləndi. Tədbirin sonunda məktəbin direktoru Məsud Babayev çıxış edərək xanımları təbrik etdi və tədbirin iştiraklarını təşəkkürnamə ilə təltif etdi.