Nailiyyətlərimiz

"Od ürəkli, od nəfəsli diyarımsan-Azərbaycan!" adlı şeir müsabiqəsi21 fevral 2018-ci il tarixdə Binəqədi rayon Azər Məmmədov adına 115nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşmə sədri Nəzakət Cəfərovanın təşkilatçılığı, Azərbaycan dili və ədəbiyyat müəllimləri Iradə Sədyarova, Yeganə Aşurova, kitabxana müdiri Hicran Zeynalova və kitabxanaçı Gülnarə müəllimənin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Od ürəkli,od nəfəsli diyarımsan-Azərbaycan!" adlı şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə qalıb olub 2-ci tura vəsiqə qazanan şagirdləri təbrik edirik.

"Dilimizi sevək və qoruyaq" adlı dəyirmi masa21fevral 2018-ci il tarixdə Binəqədi Rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Cəfərova 6 ç sinfində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Dilimizi sevək və qoruyaq"adlı dəyirmi masada şagirdlərimizə ana dilimizin şirinliyi, qədim tarixi kökləri, dilimizin zənginliyi haqqında məlumat vermişdi. Şagirdlər ana dili haqqında müxtəlif aforizmlər, hikmətli sözlər və şeirlər söyləmişdilər.

Mir Cəlal Paşayev adına hekayə müsabiqəsi keçirilmişdir15.02.2018-ci il tarixdə Binəqədi Rayon Azər Məmmədov adına 115 № li tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat aylığı çərçivəsində fənn metodbirləşmə sədri Nəzakət Cəfərovanın təşkilatçılığı, Azərbaycan dili və Ədəbiyyat müəllimi İradə Sədyarova, kitabxana müdiri Hicran Zeynalovanın iştirakı ilə şagirdlər arasında Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayev adına hekayə müsabiqəsi keçirilmişdir. Şagirdlər hekayələrin məzmunu haqqında qısa məlumat verərək, hekayələrin təhlili ilə bağlı müzakirələr etmişdilər.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Elçin Rzazadə Cavanşir

Gülbikə Qəhrəmanova Ehtiram

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi