Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci Qrand Müsabiqənin qalibiAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən " Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci Qrand Müsabiqəsi nominasiyası üzrə "İnteqrativ tədris üsullarından istifadə etməklə ümumi orta təhsil səviyyəsində şagirdlərin fənn bilimlərin, riyaziyyat və oxu bacarıqlarının inkişaf etdirilməsi "layihəsi üzrə keçirilən təlimdə fəal iştirak edərək yekun qiymətləndirmədə yüksək bacarıq nümayiş etdirdiyinə görə Binəqədi rayonu Azər Məmmədov adına 115 №li tam orta məktəbin 10 b sinif şagirdi Hüseynov Ruslan sertifikata layiq görülmüşdür.
Milli - mənəvi dəyərlərimizi qoruyaq”25 dekabr 2017-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115№li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəfərova Nəzakət 6 ç sinfində “Milli –mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda qruplarla iş aparmışdı. Şagirdlər “Dəyərlərimiz bizim üçün çox qiymətlidir” adlı kompazisiya ilə çıxış edərək qrup işlərini təqdim etmişdilər.
"İnteqrativ tədris" layihəsi25 dekabr 2017-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115№li tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “İnteqrativ tədris üsullarından istifadə etməklə ümumi orta təhsil səviyyəsində şagirdlərin fənn biliyinin, riyaziyyat və oxu bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilən təlimin qiymətləndirilməsi prosesi təşkil olunmuşdur.