“Xocalı faciəsi qan yaddaşımızdır”14 fevral 2018-ci il tarixdə Binəqədi Rayon Azər Məmmədov adına 115 № li tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat aylığı çərçivəsində fənn metodbirləşmə sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqənin məktəb tarixində qalib olan Xb sinif şagirdləri Babazadə Zaur və Şirinzadə Lalə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası,Binəqədi Rayon Təşkilatı və Rayon Gənclər və İdman İradəsinin birgə təşkilatçılığı ilə Binəqədi Rayon Gənclər Evi Sosial Xidmət müəssisəsində keçirilən “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa yazı müsabiqəsinə vəsiqə qazanmışdılar.
"Nə?,Nə zaman?,Harada?" adlı intellektual yarışma2 fevral 2018-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli məktəbdə Cümhuriyyətin 100 illik yubileyi layihəsi çərçivəsində məktəbin 10-11-ci sinif şagirdləri arasında "Nə?, Nə zaman?, Harada?" adlı intellektual yarışmaya start verilmişdi. Yarışmda iştirak edən 6 komandadan 4-ü növbəti, yəni mart ayında baş tutacaq 2-ci tura vəsiqə qazandılar. Əziz gənclər, 2 fevral Gənclər günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram. Yolunuz daima açıq olsun
"Adı ilə tarix yazanlar" mövzusunda sinif təşkilat saatı keçirilmişdirBinəqədi rayonu Azər Məmmədov adına 115 №li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Cəfərova 19 yanvar 2018-ci il tarixində 10 b sinfində "Adı ilə tarix yazanlar" mövzusunda sinif təşkilat saatı keçirmişdir. Sinif rəhbəri öz çıxışında bildirmişdi ki, 20 Yanvar Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi ilə yazılmış bir gündür. Bu gün xalqımızın yaddaşına qanlı faciə kimi yazılsa da, bütövlükdə milli tariximizin ən şanlı səhifələrindən biridir. Daha sonra şagirdlər 20 yanvar hadisələrinə həsr olunmuş məruzələri ilə çıxış etmiş və sonda videoçarxlar nümayiş olunmuşdu.