“Yaddaşlarda əbədi həkk olacaq şanlı tarix”Şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə Binəqədi Rayonu Azər Məmmədov adına 115№li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə yanvarın 19 – da “20 Yanvar - Ümumxalq hüzn günü”nə həsr olunmuş “Yaddaşlarda əbədi həkk olacaq şanlı tarix” adlı ədəbi – bədii kompozisiya keçirilmişdir. “Başın uca tut, Azərbaycanım! Torpaq uğrunda ölən varsa Vətəndir!” – şeirini səsləndirən balaca əsgərlərimiz üçrəngli bayrağımızı öpərək Vətənə layiqli övlad olacaqlarına and içmişdilər.
Telli müəllimin 60 illik yubileyi qeyd edildiMəktəbimizin sayılıb seçilən müəllimlərindən olan Telli Ələkbərovanın 60 illik yubileyi qeyd edildi. Direktor Məsud Babayev, direktor müavinləri və müəllim kollektivi Telli müəllimə can sağlığı, uzun ömür diləyib, ürəkdən təbrik etdilər.
Sərbəst güləş üzrə I Yerin qalibi30.12.2017-ci il tarixində Tovuz rayon Gənclər evinin dəstəyilə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə sərbəst güləş üzrə azyaşlıların Respublika turniri keçirildi. Turnirdə məktəbimizin 6ç sinif şagirdi Abbasov Namiq Natiq oğlu 35 kq çəki dərəcəsində yarışaraq I Yerə layiq görüldü.