"Bəşərin əbədi tacıdır ana"Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Cəfərovanın təşkilatçılığı ilə 6-cı sinif şagirdləri ilə "Bəşərin əbədi tacıdır ana" adlı kompozisiya hazırlamışdır. Şagirdlər ana haqqında şeir və mahnılar ifa edərək analara olan sevgi və məhəbbətlərini beıə əks etdirmişlər.
"Ədəbiyyat biliciləri" adlı silsilə kitab müzakirəsiBinəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnbirləşmə sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə "Ədəbiyyat biliciləri" adlı silsilə kitab müzakirələri davam etməkdədir. 09.03.2018-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Sədyarova və kitabxana müdiri Hicran Zeynalovanın iştirakı ilə Cəlil Məmmədquluzadənin əsərlərinin oxu müzakirəsi keçirilmişdir. Şagirdlər oxuduqları əsərlərin məzmunu və ideyası haqqında məlumat verərək, ölməz sənətkarın Həmişəyaşar ədib olduğunu vurğulamışdılar.
Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrand müsabiqəAzərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "İnteqrativ tədris üsullarından istifadə etməklə ümumi orta təhsil səviyyəsində şagirdlərin fənn bilimləri, riyaziyyat və oxu bacarıqlarının inkişaf etdirilməsi" layihəsi üzrə keçirilən təlim seminarlarda iştirak etmiş və yekun qiymətləndirmədə yüksək bacarıqlar nümayiş etdirdiyinə görə Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin bir qrup 10-cu sinif şagirdi "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrand müsabiqəsinin SERTİFİKATINA layiq görülmüşdülər. Sertifikatlar şagirdlərə təqdim olunmuş və məktəbin direktoru M.Babayev şagirdlərə gələcək layihələrdə də daha fəal iştirak edərək yüksək nailiyyətlər göstərmələrini arzulamışdır.