Sərbəst güləş üzrə III Yerin qalibiAprel döyüşlərində şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə 2002-2004 və 2005-2007-ci il təvəllüdlü yeniyetmələr arasında Respublika turniri keçirildi. Azər Məmmədov adına 115№li tam orta məktəbin 6 b sinif şagirdi Cəfərov Turan 22.04.2018-ci il tarixdə yeniyetmələr arasında keçirilən yarışda III yerə layiq görülərək Diplomla təltif olundu.
QalibimizAzər Məmmədov adına 115 №li tam orta məktəbin 7c sinif şagirdi Kərimli Nərmin 31 mart Azərbaycanın soyqırımının qurbanları xatirəsinin 100-cü ildönümünə həsr olunmuş taekvando növü üzrə Göygöl rayon açıq birinciliyində qızlar arasında 37 kq çəki dərəcəsində III Yerə layiq görülərək diplom və medalla təltif olunub.
31 Mart Azərbaycanlıların Soyqırım GünüdürBinəqədi rayonu 115 №-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların Soyqırım Günüdür” adlı tədbir keçirildi. Tədbir açıq elan olunduqdan sonra faciə zamanı həlak olanlar bir dəqiqəlik sükutla yad olundu. 31 mart soyqırımını əks etdirən videoçarx göstərildi, şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiya nümayiş etdirildi, vətənpərvərlik və qəhrəmanlıq mövzusunda mahnılar səsləndi.