“Xocalı faciəsi qan yaddaşımızdır” adlı tədbir keçirildi.26.02.2018-ci il tarixdə A.Məmmədov adına 115 №li tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” adlı tədbir keçirildi. Tədbir açıq elan edildikdən sonra, faciə zamanı həlak olanlar bir dəqiqəlik sükutla yad olundu. Xocalı soyqırımını əks etdirən videoçarx göstərildi, şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiya nümayiş etdirildi, vətənpərvərlik və qəhrəmanlıq mövzusunda mahnılar səsləndi. Tədbirin sonunda məktəbin direktoru Məsud Babayev çıxış etdi və tədbirin iştirakçılarını təşəkkürnamə ilə təltif etdi.
"Bu qan qalmayacaq yerdə, Xocalı" adlı ədəbi bədii kompozisiya keçirilmişdir26.02.2018-ci il tarixdə Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşmə sədri Nəzakət Cəfərovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Bu qan qalmayacaq yerdə, Xocalı" adlı ədəbi bədii kompozisiya keçirilmişdir. Hərbi forma geyinmiş şagirdlər hazırladıqları kompozisiya ilə Xocalıda baş verən zülmlərə, erməni vəhşiliyinə öz etirazlarını bildirərək xalqımıza , doğma Azərbaycanımıza sevgilərini ifadə edən vətənpərvərlik ruhlu şeirlər və mahnılar səsləndirmişlər. Vətənpərvərlik ruhu hər birimizin doğulduğu torpağa, xalqa, millətə olan sevgisinin təzahür formasıdır.
"Xocalını unutmadıq"mövzusunda sinif saatı və dəyirmi masa keçirmişdir.26.02.2018-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Cəfərovanın təşkilatçılığı ilə şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, Ümumxalq hüzn günlərinin keçirilməsi məqsədilə Xocalı soyqırımının 26 -cı ildönümünə həsr olunmuş "Xocalını unutmadıq"mövzusunda sinif saatı və dəyirmi masa keçirmişdir.