“Riyaziyyat hər yerdə” adlı tədbir27.12.2017-cı il tarixində məktəbimizdə keçirilən “Riyaziyyat hər yerdə” adlı tədbirdə şagirdlərin, müəllimlərin iştirakı tədbir iştirakçılarına ruh yüksəkliyi verdi. Şagirdlərin riyaziyyata aid sualların cavablandırılmasında aktiv iştirak etdiklərinin şahidi olduq. Riyazi alimlər haqqında toplanmış məlumatları sevərək tədbir iştirakçılarına çatdırmaqları onların riyaziyyata olan maraqlarını bir daha sübuta yetirdi. Gəlin bütün fənnləri sevərək oxuyaq, xüsusən də riyaziyyatın dəqiqliyinin hər sahədə tətbiqinə yiyələnək.
Yeni il şənliyiBinəqədi rayonu Azər Məmmədov adına 115№li tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Vəliyeva Təranənin təşkilatçılığı ilə ibtidai siniflərlə 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər Yeni ilə və Azərbaycana aid şeirlər söylədilər, rəngarəng rəqs nömrələri ilə tədbir məktəbin direktoru Babayev Məsud müəllimin təbriki ilə sona çatdı.
“Xəzər” televiziyasına ekskursiya23.12.2017-ci il tarixində məktəbin 6c və 7c sinifləri sinif rəhbərlərinin təşkilatçılığı ilə “Xəzər” televiziyasına ekskursiyaya aparıldı. Ekskursiya zamanı şagirdlər radio və televiziya proqramlarının təşkili prosesi tanış edilmiş və bəzi verilişlərin qonağı olmuşlar.