Seminar həyata keçirildiBildiyimiz kimi 2017-2018 ci il tədrisin keyfiyyət ili elan edilib.Təlimin keyfiyyətli olması bilavasitə müəllimin bilik bacarıq və fəaliyyətindən asılıdır. Bu gün təhsildə həyata keçirilən islahatların əsas məqsədi tədrisin səmərəliliyinin yüksəldilməsi müəllim - şagird, müəllim - valideyn münasibətlərinin müsbət tərəfə daha da dərinləşməsidir. Bizim məktəbdə də bu işlə əlaqədar olaraq tədbirlər həyata keçirmək nəzərdə tutulmuşdur. Dekabrın 1- də tarix metodbirləşmə rəhbəri Əliyeva Ülviyyə tarix dərslərinin tədrisində səmərəliliyin və keyfiyyətin artırılması məqsədi ilə seminar təşkil etmişdir. Seminara kurikulum mərkəzinin üzvü, tarix fəlsəfə elmləri doktoru, V və IX sinif Azərbaycan tarixi dərsliyinin müəlliflərindən biri olan Hüseynova Leyla xanım dəvət olunmuşdur.
Leyla xanım müəllimlərə öz tövsiyyələrini bildirmiş, gələcəkdə belə seminarlardan tez -tez təşkil olunmasının vacibliyini vurğulamışdır.
"İslam Həmrəyliyi" layihəsi çərçivəsində görüşQHT Şurasının maliyyə dəstəyi ilə, Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə keçirilən "İslam Həmrəyliyi" layihəsi çərçivəsində növbəti görüş 115 №-li məktəbdə təşkil olundu. Yarışmada verilən 19 sualı dolğun cavablandıran “Osmanlı” komandası qalib olmuşdur. Qalib kamanda növbəti tura keçərək rayon birinciliyi üzrə yarışacaq.
I Yerə layiq görülmüş idmançımız17-18 noyabr 2017 ci il tarixində Qəbələ rayonunda Azərbaycan, Türkiyə, İraq, Gürcüstan, Rusiya Dövlətlərinin iştirakı ilə təşkil olunmuş "Qəbələ open" taekvando yarışlarında Kərimli Nərmin I Yerə layiq görülmüşdür.