Nailiyyətlərimiz

Dövlət Bayrağı GünüBinəqədi rayonu 115 №-li tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığında müəllim və şagird kollektivinin iştirakı ilə 08 noyabr 2017-ci il tarixli 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz”adlı ədəbi-bədii tədbir keçirilmişdi. Tədbirdə Məktəbmizin şagirdləri Bayraq haqqında şerlər söyləyib, mahnılar ifa etdilər. Sonda məktəbin direktoru Məsud Babayev çıxış edərək iştirakçıları Tərifnamə ilə təltif etmişdir

"Qobustan" tarixi qoruğuna ekskursiyaAzərbaycan qədim tarixə malik bir diyardır. Azərbaycan tarixi abidələrlə zəngin bir ölkədir. Bu abidələrdən biri də qədim insan məskənlərindən sayılan “Qobustan” tarixi qoruğudur. Tarix müəllimi Əliyeva Ülviyyə 6 c sinif şagirdləri ilə bu qoruğa “Azərbaycan Mezolit dövründə" adlı layihə hazırlamaq üçün ekskursiya təşkil etmişdir. Şagirdlər bələdçinin köməyilə qoruğu gəzdilər və fikir mübadiləsi etdilər. Ertəsi gün şagirdlər dərs zamanı bu ekskursiyanın təəssüratları haqqında esse yazdılar.

“Bayraq mənliyim, Bayraq kimliyim” adlı dəyirmi masaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 Noyabr tarixi Dövlət Bayrağı günü elan edildi. 6C Sinif rəhbəri Əliyeva Ülviyyə həmin sinfin şagirdləri ilə bərabər Bayraq Gününə aid “Bayraq mənliyim, Bayraq kimliyim” adlı dəyirmi masa keçirdi. Açılışı Azərbaycan Respublikasının Dölət Himni ilə etdilər. Müəllimə şagirdlərə Dövlət Rəmzləri haqqında məlumat verdi. Şagirdlər şeir kompazisiyaları söyləyərək, gözəl musiqilər ifa etdilər.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Mobil Bayramov Turab

Abdulov Kənan Cavid

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi