Nailiyyətlərimiz

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiya21 noyabr 2017-ci il tarixində M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun təşkilatçılığı ilə məktəblilərin Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyada ictimai-humanitar sektorun müdiri Günel Vahabzadə və qəsəbə ərazisində yerləşən 99, 143, 115, 30 saylı məktəblərin şagirdləri iştirak edib. Ekskursiya zamanı muzey bələdçisi muzey haqqında ətraflı məlumat verərək bildirib ki, Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi — 1967-ci ildә yaradılıb. Muzeyin fondunda 35 minә yaxin eksponat toplanmışdır. Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, elәcә dә ozunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri - әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları, Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbəyovun, milli professional vokal sәnәtinin banisi Bülbülün, gorkәmli bәstәkarlardan Qara Qarayevin, Fikrət Əmirovun muәllif not әlyazmaları, musiqi xadimlәrinin şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri incәsәnәt nümunәlәri, notlar, kitablar vә s. materialları gostәrmәk olar. Bütün bunlar Azәrbaycan milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәridir. Muzeylə tanışlıq şagirdlərdə maraq yaradıb, onların sualları bələdçi tərəfindən cavablandırılıb və sonda xatirə fotosu çəkilib.

"Ölkəmizi tanıyaq"21.11.2017-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli məktəbdə "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Lənkəran-Masallı-Astara turunun fəal iştirakçısı məktəbin istedadlı və qabiliyyətli 10-cu sinif şagirdi Məmmədzadə Səftər öz səfər təəssüratlarını şagird və müəllim kollektivi ilə bölüşmüşdür.Bu layihənin həyata keçməsində zəhməti olan hər bir kəsə öz minnətdarlığını bildirən şagirdimiz məktəb rəhbərliyi,müəllimlər və gənc dostları ilə xatirə şəkili çəkdirmişdi.

20 noyabr Uşaq Hüquqları Konvensiyası günüdür20 noyabr Uşaq Hüquqları Konvensiyası günüdür. Bu hadisə ilə əlaqədar olaraq məktəbimizin təlim –tərbiyyə işləri üzrə direktor müavini Vəliyeva Təranə və tarix müəllimlərinin təşəbbüsü ilə "Uşaqlar bizim gələcəyimizdir " başlığı altında dəyirmi masa keçirilmişdir.Tədbirdə Gənc Vətəndaş İctimai Birliyinin sədri və BMT Ali Baş Komissarlığının qaçqınlar üzrə layihə rəhbəri Səfərova Günel qonaq kimi iştirak edirdi. Bədii hissə bitdikdən sonra şagird və müəllimlərin hazırladıqları məruzələr dinlənildi. Qonaq müasir cəmiyyətdə Uşaq hüquqlarının qorunması, cəmiyyətdə uşaqların başlıca hərəkətverici qüvvə olması haqqında danışdıqdan sonra şagird və müəllimlərin suallarına cavab verdi.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Səidə Hüseynova Asif

Fidanxanım Əhmədzadə Rafiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi